Məzmuna keç

Təqlid



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətə əməl edərlər, nümunəni təqlid edərlər. İndoneziya atalar sözləri
  • Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
  • Bütün kilsələrin əsas vəzifəsi xoşbəxtliyin yer üzündə yox, göylərdə, özgəsi üçün məşəqqətli işdə çalışmasının savab iş olmasını yoxsul insanlara təqlid etməkdən ibarət olub. Maksim Qorki
  • İnsanlar öz yollarını seçməkdə sərbəst olduqda, adətən, bir-birlərini təqlid etməyə başlayırlar. Erik Hoffler
  • Məntiqsiz görünə bilər, amma inkaredilməz həqiqətdir ki, həyat incəsənəti daha çox təqlid edir, nəinki incəsənət həyatı. Oskar Uayld
  • Müsəlmana uyğun bir üslub tapmaq üçün Qərbin bütün təcrübələrini bilməliyik, ancaq bütövlükdə onlardan heç birini təqlid etməməliyik. Həsən Nail Canat
  • Nə qədər qəribə olsa da, bəzən qaliblər məğlub etdikləri düşmənlərini təqlid edirlər. Tarixdən buna aid çoxlu misallar göstərmək olar. Lyuk de Klapye Vovenarq
  • Rejissor olduğuma görə kinoya getmirım; Qorxuram ki, bilmədən kimisə təqlid edərəm. Federiko Fellini
  • Uşaqların tərbiyəsi mayalanmadan başlanır. Mayalanma anında valideynlərin fiziki və mənəvi vəziyyəti rüşeymdə əks etdirilir. Sonra, hamiləlik dövründə uşaq ananın əhval-ruhiyyəsinin, onun arzularının və xarakterinin, eləcə də onun həyat tərzinin təsiri altında olur. Doğulduqdan sonra uşaq valideynlərini təqlid etməyə başlayır və uzun illər ərzində onun inkişafı tamamilə valideynlərdən asılı olur. Mahatma Qandi

İstinadlar

[redaktə]