Uğursuzluq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. Konfutsi

B[redaktə]

  • Bayatıların hər biri bir taleyin uğursuzluğu, bir ömrün eniş-yoxuşu, elin-obanın dərdi-səri ilə bağlıdır. Onların hər biri bir hadisədə yaranıb ağızdan-ağıza keçir, illərin məhək daşına toxunub büllurlaşır, cilalanır, gəlib çağımıza çatır… Ona görə də bu gün biz onlardakı kamilliyə, bütövlüyə, gözəllik və dərinliyə heyran qalmaya bilmirik. Bəxtiyar Vahabzadə.
  • Bir pişiyi öldürmək on yeddi illik uğursuzluq gətirir. İrland atalar sözləri

H[redaktə]

İ[redaktə]

  • İnsanın ən böyük uğursuzluğu aqressiyadır. Aqressiya, mağara zəmanəsində insanın sağ qalmaq üçün daha çox ərzaq əldə etməsinə, ərazi və ya partnyor ələ keçirməsinə imkan yaradırdısa, bu gün aqressiya bizim hamımızı məhv edə bilər... Böyük nüvə müharibəsi bəşəriyyətin və bəlkə də insan nəslinin axırına çıxa bilər. (London Elm Muzeyindəki nitqində, 2015-ci il.)Stiven Hokinq

M[redaktə]

  • Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib. Rual Amundsen
  • Məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır. German Martin
  • Mən həmişə hər bir uğursuzluğu yeni bir imkana çevirməyə çalışmışam. Devid Rokfeller
  • Mən şöhrətin ən pik nöqtəsindəydim, daha sonra uğursuzluğu da hiss elədim və anladım ki, mahiyyət olaraq bunlar eyni şeydir. Anna Axmatova

U[redaktə]

  • Uğur hələ nöqtə deyil, uğursuzluq hələ son deyil: əhəmiyyət kəsb edən yeganə şey mübarizəni davam etdirmək cəsarətidir. Uinston Çörçill
  • Uğur, həvəs itirmədən bir uğursuzluqdan digərinə addımlamaq bacarığıdır. (Uğur qazanmaq, iradəsini itirmədən ardıcıl məğlubiyyətlərə dözmək bacarığı deməkdir). Uinston Çörçill
  • Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Çin atalar sözləri
  • Uğur - ruhdan düşmədən bir uğursuzluqdan digərinə doğru hərəkət etmək deməkdir. Uinston Çörçill
  • Uğur sonsuz deyil; uğursuzluq da ölüm deyil. Əsas olan davam etmək üçün cəsarətini toplamaqdır. Uinston Çörçill
  • Uğursuzluq! Cəsarətli insanın qəlbində cavab tapmayan kədərli bir söz. Jül Vern
  • Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. Henri Ford
  • Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var. Henri Ford
  • Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur. Mark Tven
  • Uğursuzluqlar güclülərə daha da güc verir. Antuan de Sent-Ekzüperi
  • Uğursuzluğun ən geniş yayılmış səbəblərindən biri ilk uğursuzluqda işdən imtina etməkdir. Hər birimiz, bircə dəfə də olsa, bu səhvi etmişik. Rövşən Abdullaoğlu

Y[redaktə]

  • Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur. Paulo Koelyo

İstinadlar[redaktə]