Məzmuna keç

Azərbaycan atalar sözləri/B: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
vikiləşdirmə
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 17: Sətir 17:
}}
}}


== Ba ==
== Baba ==
* Babadan hikmət – nəvədən xidmət.<ref>Atalar sözü və məsəllər. Toplayanı və tərtib edəni: Aslan Əsədov. Bakı-2008</ref>
* Babadan hikmət – nəvədən xidmət.<ref>Atalar sözü və məsəllər. Toplayanı və tərtib edəni: Aslan Əsədov. Bakı-2008</ref>
* Babam mənə kor deyib, gəlib gedəni vur deyib!
* Babam mənə kor deyib, gəlib gedəni vur deyib!

07:04, 4 dekabr 2024 tarixinə olan versiya

A Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
C
Sister Projects. Həmçinin baxın: Haqqında •


Baba

  • Babadan hikmət – nəvədən xidmət.[1]
  • Babam mənə kor deyib, gəlib gedəni vur deyib!
  • Babanın əlindən nəvə tutar.
  • Babanın üzünü ağardan nəvəsi olar.[2]
  • Babasına uyan atasının oğlu deyil.
  • Bablı babı ilə, atlası qabı ilə.
  • Bablı babı ilə, su qullabı ilə.
  • Bablı babın tapmasa, günü ah-vaynan keçər.
  • Bac istərəm bacımdan, bacım ölür acından.
  • Bacaran bal yeyər.
  • Bacarana baş qurban.
  • Bacarıq ağlın nişanəsidir.
  • Bacarırsan aslan ol, tülkü olmaq asandır.
  • Bacarmadığın bir işi "bacararam!" demə.
  • Bacarsan hamının yükünü sən daşı.
  • Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı.
  • Bacı oğludur, haqq almaz, dayıdır, quzunun dişisini verər.
  • Bacı oğludur, haqq almaz, dayıdır, dişi verməz.
  • Bacı oğlunu dayısı tanıdar, bacı qızını xalası.
  • Bağ alma, bağlanarsan, dağ alma, dağlanarsan, qoyun al, yağlanarsan.
  • Bağ bağbansız olmaz, dəvə sarvansız.
  • Bağ bağbanındır.
  • Bağ çəpərsiz olmaz.
  • Bağ olmayan yerdə böyürtkən bitər.
  • Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar.
  • Bağ salan barın yeyər.
  • Bağ satıb, dağ alıb.
  • Bağ vaxtı bağbanın qulağı ağır eşidər.
  • Bağa bax, barını gör.
  • Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
  • Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
  • Bağa bağ deməyiblər, bax deyiblər.
  • Bağa bağban lazımdır, qoyuna – çoban.
  • Bağa qınından çıxdı, qınını bəyənmədi.
  • Bağa özün çəkə bilməz, evin dalına alar.
  • Bağa yol gedə bilməz, dayısını da dalına götürər.
  • Bağa yol yeriyə bilməz, xalası qızını da dalına alar.
  • Bağanı ya öldür, ya dalısı üstə qoy.
  • Bağban eşşəyi bir ildən artıq saxlamaz.
  • Bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən evi qəm-kədər
  • Bağban tələsər, armud vaxtında yetişər.
  • Bağbanın bar vaxtı qulağı ağır eşidər.
  • Bağbanın könlü olsa, nə gəlib bağda bara.
  • Bağçı, bağın qıydı, bağban salxım da qıymadı.
  • Bağda ərik badam oldu, gədalar adam oldu.
  • Bağda ərik var idi, salam-məleyik var idi; Bağdan ərik qurtardı, salam-məleyik qurtardı.
  • Bağdadda eşşək bir xiyar qiymətindədir, amma onu gətirmək gəmi qiymətindədir.
  • Bağdakı bağbanın malıdır.
  • Bağı bağban yeyər, qoyunu çoban.
  • Bağı susuzluğu, bağbanı əməyi yandırar.
  • Bağında gül var ikən – gül üzünə, bağında gül qurtardı – kül üzünə.
  • Bağlı aslanı dovşanlar da saymaz.
  • Bağlı qapıya xəta dəyməz.
  • Bahalıqda çörəyini əsirgəyən, ucuzluqda yalqız qalar.
  • Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
  • Bax mənə bir gözlə, baxım sənə iki gözlə.
  • Baxma deyənə, bax dediyinə.
  • Baxmaq kirayə istəməz.
  • Baxmaq var diləməkdən artıqdır.
  • Baxmaqla qarın doymaz.
  • Baxmaqla öyrənmək olsa, itdən qəssab olardı.
  • Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlər qəssab olardı.
  • Bəxşış var, tümən-tümən, hesab var, qəpik-qəpik.
  • Baxtı gətirənin xoruzu da yumurtlar.
  • Baxtı satın almaq olmaz.
  • Baxtını götür, bazara çıx.
  • Bakıda işlə, Gəncədə dişlə.
  • Bakılı cüt danışar, Şəkili qaş-gözlə, Dərbəndli kəllə ilə.
  • Baqqal daşdan kəsər, siçan baqqaldan.
  • Baqqal, qəssab – hər ikisi bir hesab.
  • Baqqal ölülərin borcun dirilərə yüklər.
  • Bal da yesə dirilməz.
  • Bal dedim, bəlaya düşdüm.
  • Bal deməklə ağız dadlı olmaz.
  • Bal olma kı, hamı səni yeyə, zəhər olma kı, hamı sənə tüpürə.
  • Bal olsun, milçək Bağdaddan da gələr.[3]
  • Bal tutan barmağın yalar.
  • Bal tutanın arısı Şamdan gələr.
  • Bal verən çiçəyi arı tanıyar.
  • Bal yedin, bəlaya düşdün.
  • Bal yeyib, bəlasını çəkir.
  • Bala baldan şirindir.
  • Bala bəlasız olmaz.
  • Bala dadı, bal dadı,
    Bala adamı aldadır.
    Şirini şirin olur,
    Acısı da bal dadır.
  • Bala istəyən, bəlasını da istəmək gərək.
  • Bala quşun ağzı böyük olar.
  • Bala uğrunda ata-ana can qoyar.
  • Balaca ağaca çıxıb böyük budaq sirkələyir.
  • Balaca balta ilə böyük ağac da yıxılar.
  • Balacanın dərdi də balacadır.
  • Balağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
  • Balalı ev bazardı, balasız ev məzardı.
  • Balalı qarğa bal yeməz.
  • Balalı qarğaya pay düşməz.
  • Balalı qarğaya yem yoxdu.
  • Balam mənə əzizdir, tərbiyəsi özündən də əzizdir.
  • Balasız da ağlar, balalı da.
  • Balçı qızı — daha şirin.
  • Balçının var bal tası, odunçunun baltası.
  • Baldızım – çuvaldızım, hərdən gələr, sancar, gedər.
  • Balı da sənin, bəlası da.
  • Balı dibindən, yağı üzündən.
  • Balı əli uzun olan yeməz, qismət olan yeyər.
  • Balı olana doşab satmazlar.
  • Balıq balasını da ovlar.
  • Balıq balığı udmasa — dəryanı balıq tutar.
  • Balıq başdan iylənər.
  • Balıq başından iylənər, camış ayağından.
  • Balıq bilməsə, xalıq bilər.
  • Balıq dedi: "Çox söz deyərdim, amma ağzım su ilə doludu".
  • Balıq dəryada böyüyər.
  • Balıq dəryada olar.
  • Balıq istəməyən quyruğundan tutar.
  • Balıq istəyən gönünü suya qoyar.
  • Balıq suda ikən bazarlıq olmaz.
  • Balıq sudan çıxsa, canı çıxar.
  • Balıq sudaykən sövda olmaz.
  • Balıq suya çəkər.
  • Balıq tora düşəndən sonra ağlı başına gələr.
  • Balıq tutan suyu bulanıq istər.
  • Balığı haçan tutsan təzədir.
  • Balığı ya öldürdün, ya sudan qırağa qoydun.
  • Balığın böyüyü tabaq altındadı.
  • Balığın dərisi, toyuğun gerisi.
  • Balığın dirisi də suda, ölüsü də.
  • Balığın ömri sudan çıxıncadır.
  • Balın yoxdu, bal kimi dilin olsun.
  • Balını yadlar yeyir, mən çəkirəm bəlasın.
  • Balını ye, arısını soruşma.
  • Balsız şanda arı durmaz.
  • Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
  • Balta dəyməyən ağacdan ağac olmaz.
  • Balta görməyən bağ meşə olar.
  • Balta öz sapını kəsməz.
  • Balta yaxşı baltadı, hayıf kı, sapı söyüddəndir.
  • Baltada varsa, sapında da var.
  • Baltanı ağaca vurduqca deyər: Sapım səndəndir.
  • Baltanı dibdən vurmazlar.
  • Baltanı qızıldan elərsən, gedər odunun yanına düşər.
  • Baltanın sapında varsa, ağzında da var.
  • Banlayan toyuq mollaya düşər.
  • Bar gətirən ağaca balta çalmazlar.
  • Bar verən ağaca daş atmazlar.
  • Bar verən ağacı kəsməzlər.
  • Bar verməyən ağacı kəsərlər.
  • Barıt ilə odun dostluğu olmaz. (Barıt ilə odun nə aşnalığı?!)
  • Barlı ağaca daş atarlar.
  • Barlı ağacın başına dolanarlar.
  • Barmaq-barmaq oğurlayan, qarış-qarış oğurladar.
  • Barmağın beşi də bir deyil.
  • Barmağın hansın kəssən, ağrısı birdir.
  • Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
  • Barsız bağ qarsız dağ kimidir.
  • Barsız ağaca daş atmazlar.
  • Barıt ilə odun dostluğu olmaz.
  • Basdırdığı ölü özündən qabaq gəldi.
  • Basılanı əzməzlər.
  • Baş ağır, papaq yüngül gərək.
  • Baş ağrıyanda Allah yada düşər.
  • Baş ayağa rahatlıq verməz.
  • Baş-başa verməyincə, daş yerindən qopmaz.
  • Baş bədəndən ayrı heçdir.
  • Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
  • Baş bostanda bitməz.
  • Baş dilin bəlasın çəkər.
  • Baş əyməklə baş ağrımaz.
  • Baş kəsənin, yaş kəsənin, daş kəsənin axırı olmaz.
  • Baş namərd əlindədir; nə kəsər, nə bağışlar.
  • Baş nə çəksə, dilin ucundandır.
  • Baş ol, istərsən lap soğan başı ol.
  • Baş olsun, börk tapılar (Baş sağ olsun, papaq tapılar).
  • Baş onun, daş bunun, mənimki görməməkdir.
  • Baş sağ olsun, papaq tapılar.
  • Baş ürəkdən su içər.
  • Baş vermək olar, gizlin sirri açmaq olmaz.
  • Baş vurmaq ilə baş ağrımaz.
  • Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur.
  • Başa dil gətirəni, el gətirə bilməz.
  • Başa düş, başımı yar.
  • Başa düşənə milçək səsi, düşməyənə zurna-qaval.
  • Başa gələn dildən gələr.
  • Başaçığın qaçacağı yer — papaqçı dükanı.
  • Baş-başa verməyincə, dağ yerindən qopmaz.
  • Başbilənsiz iş olmaz.
  • Başda oturan bəy olmaz.
  • Başda tük olsun, daramağa nə var?
  • Başdakı su sular, arxadakı and içər.
  • Başdan gedən papaq bir də qayıtmaz.
  • Başdan papaq aparan küləkdən kol-kosa heç nə olmaz, amma sərv sınar.
  • Başı baş edən — ayaq, ayağı ayaq edən — dayaq.
  • Başı başına, başmağı ayağına.
  • Başı boş olanın sözü baş olmaz.
  • Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz.
  • Başı hində, ağılı gendə.
  • Başı yeddi yerdən yarılmayıbsa — tərəkəmə deyil.
  • Başıma bəladı, dalıma şələ.
  • Başımı kəs, xatirimə dəymə.
  • Başımı sındır, məzənnəni sındırma.
  • Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin qoz yarıb.
  • Başımı yarmağına görə barı daş olaydı.
  • Başın böyüklüğu yiyəsinə donuz güddürər.
  • Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?!
  • Başına daş da salsan uca yerdən sal.
  • Başına gələn başmaqçıdır.
  • Başına gələn bilər.
  • Başına iş düşəndə qurbağa da yorğa gedər.
  • Başını eyləmə daz, hər daz bir taledə olmaz.
  • Başını itirən tel üçün ağlamaz.
  • Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz.
  • Başını kəsibdir, saqqalın darar.
  • Başını yarıb, ətəyinə qoz tökür.
  • Başqa dəriyə girən ulağın quyruq, qulağını kəsərlər.
  • Başqası başqasının itiyini fışqırıqnan gəzər.
  • Başqasına pislik edən özünə etmiş olar.
  • Başqasının əlilə aş yeyənin qarnı doymaz.
  • Başlar ayaq olub, ayaqlar baş.
  • Başladığın işi yarımçıq qoyma.
  • Başlı başın saxlasın, mən başımdan bezaram.
  • Başmaq cütlənəndə bilinər.
  • Başmaq palçıqsız olmaz.
  • Başmaqçının başmağı olmaz, börkçünün börkü.
  • Başmaqçının başmağı yırtıq olar.
  • Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
  • Başmağından xeyir görən patavasından çəkər.
  • Başmağını geyə bilərsən, yerişini yeriyə bilməzsən.
  • Başmaqçının başmağı olmaz, börkçünün börkü.
  • Başmaqçının başmağı yırtıq olar.
  • Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
  • Batan saman çöpündən yapışar.
  • Batil batili kəsər, haqq ikisini də.
  • Batman qara daşdan, yaxşılıq iki başdan.
  • Bayırda mini ölsün, evimdə biri ölməsin.
  • Bayırı kaşı-çini, içərisi toyuq hini.
  • Bayırım özgəsini yandırar, içim özümü.
  • Bayquş başın tək istər.
  • Bayquş gündə üç sərçə yeyər.
  • Bayquş xarabalıq sevər.
  • Bayquş xarabalığı gülüstana dəyişməz.
  • Bayquş necədirsə, şöhrəti də elədi.
  • Bayquş viranələri sevər.
  • Bayquşun da dar olmasın qəfəsi.
  • Bayquşun ruzisi ayağında gedər.
  • Baylığa tələsən, yoxsulluğa tez duşər.
  • Bayram sümüyü ilə köpək kökəlməz.
  • Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün.
  • Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
  • Bazar çörəyi çox olsun, bazarda olsun.
  • Bazar içində it qulağı kəsməzlər.
  • Bazar köpəyi sürü gözləməz.
  • Bazar quruldu, hesab duruldu.
  • Bazar şeytan evidir.
  • Bazar yansın, amma mənə bir manat qazanc olsun.
  • Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar.
  • Bazara girdin, gözü qıpıq, sən də ol, gözü qıpıq.
  • Bazara pulsuz gedən, göra imansız gedər.
  • Bazarda bez ucuz olanda adam özünü öldürməz.
  • Bazarı oğruya tapşır.
  • Bazarın bazar, qadam sənə mərdiməzar.

Be

  • Bekarlıq korluq (aclıq) gətirər.
  • Bekarlıqdansa — culfalıq.
  • Belə deyirəm dədəm ölür, elə deyirəm anam.
  • Belə matahın var, Cəfərabad (Mazandaran) bazarına apar.
  • Belə oturan arvaddan oğul doğulmaz.
  • Belə şıllaq atan madyan qulun saxlamaz.
  • Belə otyeyən idin, nə üçün arıq düşdün?!
  • Belə yatan öküz yük götürməz.
  • Beş barmağın beşi də bir deyil.
  • Beş barmağın beşi də tən deyil.
  • Beş də beş, beş buçuq da beş.
  • Beş gün yaraq, bir gün gərək.
  • Beş ilin öküzü, qırx ilin qazısın aldadır.
  • Beşdə alacağım yox, üçdə verəcəyim.
  • Beşə dözən, on beşə də dözər.
  • Bez alırsan Mosuldan al, qız alırsan əsildən al.
  • Bez geyərəm, düz gəzərəm.

  • Bəd at özün gözlər, yaxşı at igidi.
  • Bəd xəbər uçur, xoş xəbər – yatır.
  • Bəd övlad xətaya ürcah olar.
  • Bədbəxt ova çıxdı, dağları duman aldı.
  • Bədcinslik maya istəməz.
  • Bədən başa deyir: — Saxla məni, saxlayım səni.
  • Bədən qocalar, könül qocalmaz.
  • Bədənini təmiz saxla, qəfil əcəl gələr.
  • Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa.
  • Bədəsildən əsil olmaz, boyunca qızıl qala.
  • Bədəsildən yaxşılıq ummaq olmaz.
  • Bədəsili başa çəkərsən, sürüşüb aşağı düşər.
  • Bədəsilin başmağını cütlərsən, deyər geridə dur.
  • Bədnəzərdən Allahın da xəbəri yoxdur.
  • Bədöv at nə qədər arıq olsa, yenə eşşəkdən yaxşıdır.
  • Bədrəngdə bir rəngdir.
  • Bəhanəçiyə bəhanə əskik olmaz.
  • Bəhs ilə Həccə gedən yorular yolda qalar.
  • Bəxşiş var — xalvarla, hesab var — dinarla.
  • Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar.
  • Bəxt dönəndə burunun suyu gözə damar.
  • Bəxt kəsəni qılınc kəsməz.
  • Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludur.
  • Bəxti yar olanın yar sarar yarasını.
  • Bəxti yox idi, bədbəxtliyi kömək elədi.
  • Bəxtin gətirəndə bədbəxtliyini yaddan çıxartma.
  • Bəxtini buzda sına, oğulda, qızda sına.
  • Bəkməz satana da lənət, bəkməz alana da.
  • Bəkməzi küpdən al, qadını kökdən al.
  • Bəla bəla gətirər.
  • Bəla dildəndir.
  • Bəla gələndə "gəlirəm" deməz.
  • Bəladan qaçan bəlaya düşər.
  • Bəlasını mən çəkdim, səfasını ellər.
  • Bəlaya səbr edən muradın tapar.
  • Bəlaya səbr gərək.
  • Bələdçiliyə gedən yorulmaz.
  • Bələdçiyə yol göstərməzlər.
  • Bələdsiz yola çıxan yolun azar.
  • Bəli də söz düzəldər, yox da.
  • Bəlkə sən bostanını pozmusan, mən yemişsiz qalmayacağam ki…
  • Bəlkəni əkərsən, çuğundur bitər.
  • Bəlkəni əkərsən bitməz.
  • Bəlkəyə heç nə vermirlər.
  • Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?!
  • Bəndi selə vermə.
  • Bənizi qaçan həkimə qaçar.
  • Bənnasız divar hörülməz.
  • Bənnasız hörük hörülməz.
  • Bənzəyə-bənzəyə yaz olar, bənzəyə-bənzəyə qış.
  • Bərəkət axır zamanda ya ulu şəhərdə, ya ulu tağlarda qala.
  • Bərəkət harada var? — böyüklü yerdə.
  • Bərəkət hərəkətdir.
  • Bərəkət ondur, onu da düzlük.
  • Bərəkətin bir yanı xırmandır.
  • Bərk adamnan alınan yumurtanın sarısı olmaz.
  • Bərk gedən tez yorular.
  • Bərkdən bir çıxar, boşdan iki.
  • Bəslə qarğanı, oysun gözünü.
  • Bəslə yetimi, yesin ətini.
  • Bəsləsən atlas olar tut yarpağından.
  • Bəşər şeytansız olmaz.
  • Bəy dediyin nədir, bəyənmədiyin nə?!
  • Bəy don geydi, hamı dedi: mübarək olsun, Yoxsul geydi, hamı dedi: hardan gətirdin?!
  • Bəy elədim səni, bəyənmədin məni.
  • Bəy evindən küt gəldi, dalınca da it gəldi.
  • Bəy ilə bəy savaşdı, ortada kasıbın başı yarıldı.
  • Bəy ilə bostan əkənin tağı çiynində bitər.
  • Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər.
  • Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş.
  • Bəy mənim arxam, mən kimdən qorxam?!
  • Bəy nəzərindən düşən, haqq nəzərindən düşər.
  • Bəy oğlu gördüm, tamaha düşdüm.
  • Bəy verən atın dişinə baxmazlar.
  • Bəyaz ipək hər rəngə boyanar.
  • Bəydən gəlmiş nökərəm, dişlərini tökərəm!
  • Bəyə bel bağlayanın heybəsi çiynində gərək.
  • Bəyin çeşməsindən su içmə.
  • Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.
  • Bəyin kölgəsindən it kölgəsi yaxşıdır.
  • Bəylə bostan əkənin tağı çiynində bitər.
  • Bəylə hacca gedən çöllərdə sərgərdan qalar.
  • Bəylər aparan malım yox, şeytan aparan imanım.
  • Bəylərin bir əli od olur, bir əli su.
  • Bəyliyi başarmadın, canın çıxsın belə gəz.
  • Bəzən az tamah çox ziyan verər.
  • Bəzən dəli də ağıllı söz deyir.
  • Bəzən dirilər ölülərə həsəd aparır.
  • Bəzən düz yerdə də insan büdrəyir.
  • Bəzən Tanrıya da ağ olur insan.
  • Bəzənmirəm ağadan qorxuram, bəzənirəm xanımdan.
  • Bəzənmisən bu gündəsən, bəzənməsən nə gündəsən?!
  • Bəziyər vəzir edər, soyundurar, rəzil edər.

Bi

  • Biçənin üzünü tikən ağardar.
  • Biçimsiz bir libası biçimli geymək hünərdir.
  • Biçinçi haqqını yerdən götürər.
  • Biçmək üçün əkmək lazımdır.
  • Bildir gedən bildirçin, hanı sənin bir qılçın?
  • Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
  • Bildir yedim bir əncir, indi də qarnım incir.
  • Bildirçin camalabaddan hara gedər: dəni yanında, suyu yanında.
  • Bildirçinin bəyliyi darı sovrulanacandır.
  • Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
  • Biləkli birini yıxar, bilikli minini.
  • Bilən az deyər, bilməyən yüz.
  • Bilən söyləməz, söyləyən bilməz.
  • Bilənə bilməyən tay deyil.
  • Bilənə bir, bilməyənə min oxu.
  • Bilənə bir tikə, bilməyənə min tikə.
  • Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən.
  • Bilənlə bilməyən tay olmaz.
  • Bilənlər danışmaz, danışanlar bilməz.
  • Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.
  • Bilici olma, əkinçi ol.
  • Bilik ağlın aynasıdır.
  • Bilik insanın bəzəyidir.
  • Bilikli adam az danışar.
  • Bilmədiyin bildiyindən çoxdur.
  • Bilmədiyin işə başını soxma.
  • Bilmədikin kişi ilə yoldaş olma.
  • Bilmək olmaz – kəsilməmiş qarpızdır.
  • Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır.
  • Bilməsən bir biləndən sor.
  • Bilməzin dəyirmanını Allah işlədər.
  • Bilmirəm — baş ağrıtmaz.
  • Bilsəm babam öləcək, qulaq dolusu darıya satardım.
  • Bilsəydim atın öldüyünü, qulağı dolusu darıya satardım.
  • Bilsəydim dərdim iki olmazdı.
  • Bir abam var ataram, harda olsa yataram.
  • Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik.
  • Bir ac güləyən olar, bir də yalavac.
  • Bir ac qudurğan olar, bir tox.
  • Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
  • Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx.
  • Bir adamın payı iki adamı ac qoyar.
  • Bir adamın payın özgəsi yeyə bilməz.
  • Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
  • Bir ağaca çıxanda bütün budaqları silkələmə.
  • Bir ağacda gül də bitər, tikan da.
  • Bir ağacdan bel də olur, kürək də.
  • Bir ağacın kölgəsində bir sürü yatar.
  • Bir ağıllı baş min başı saxlar.
  • Bir ağızdan çıxan min ağıza yayılır.
  • Bir ahıllıqda, bir cahillikdə.
  • Bir axurdan at da yeyər, eşşək də.
  • Bir almağın bir də verməyi var.
  • Bir arxa ki, su gəlib, güman var yenə gələ.
  • Bir arxdan min at su içər.
  • Bir ata, bir də arvada inanmaq olmaz.
  • Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
  • Bir atıb iki vurur.
  • Bir atım barıtı var imiş.
  • Bir ayaq sən gəl, iki ayaq mən gəlim.
  • Bir barmaq qatıqdan ötrü tuluğu yırtma.
  • Bir baş bir dəriyə sığmaz.
  • Bir baş haraya olsa sığışar.
  • Bir baş idi, dörd ayaq, gəlin aşırdı bayaq.
  • Bir baş yaxşıdır, iki baş ondan yaxşıdır, İki göz görür, dördü ondan yaxşı görür.
  • Bir başa bir qoz yetər.
  • Bir başa iki qapaz ağır olar.
  • Bir biləndən qorx, bir də bilməzdən.
  • Bir-bir yığılar min olar, dama-dama göl olar.
  • Bir-birinə çörək borc verərlər.
  • Bir birədən ötrü yorğanı yandırmaq olmaz.
  • Bir böhtan min ziyana bərabərdir.
  • Bir bu gün iki sabahdan yaxşıdır.
  • Bir budağa çıxıb, min budağı sirkəliyir.
  • Bir buğda əkməsən, min buğda biçməzsən.
  • Bir bulud ilə qış olmaz.
  • Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına.
  • Bir çiçək ilə yaz olmaz.
  • Bir çılpağı yüz cübbəli soya bilməz.
  • Bir çıraq işığına yüz nəfər oturur.
  • Bir çıraq ki, haqdan yana, yağı neylər, yağı neylər.
  • Bir çörək bir çörəyə daldadır.
  • Bir çörək özün ye, birin də Allah yolunda ver.
  • Bir çulum var ataram, harda gəldi yataram.
  • Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.
  • Bir dadan peşiman, bir dadmayan.
  • Bir dadanandan qorx, bir qudurandan.
  • Bir dağ yıxılmasa, bir dərə dolmaz.
  • Bir dağarcıq dəni var, boş dəyirman axtarır.
  • Bir dağarcıq unum var, yeddi qara günüm var.
  • Bir dana bir naxırı korlar.
  • Bir daş altda, bir daş üstə.
  • Bir daş qopanda daha yerini tutmaz.
  • Bir daşla divar olmaz.
  • Bir daşla iki quş vurmaq olmaz.
  • Bir de, bir eşit.
  • Bir deyənin olunca, min yeyənin olsun.
  • Bir də cavan olsaydım, sahibi –təcrübə olardım.
  • Bir də gəlin ollam, oturduğumu-durduğumu billəm.
  • Bir də qatırçının qatırını hürkütmə.
  • Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.
  • Bir dəfə gəldin, yoldaş, iki dəfə gəldin, qardaş.
  • Bir dəfə görmək min dəfə eşitməkdən yaxşıdır.
  • Bir dəfə yeməknən qarın doymaz.
  • Bir dəli quyuya bir daş atdı, on ağıllı onu çıxara bilmədi.
  • Bir dəlidən yeddi məhləyə ziyan dəyər.
  • Bir dəmirdən nal da olar, nizə də.
  • Bir dərdlinin dərmanın o dərdə düşəndən al.
  • Bir dirhəm min eybi örtər.
  • Bir doğru ki yalana oxşadı, onu söyləmə.
  • Bir dost min ildə qazanılar.
  • Bir ev adam yığılır, güc doğana düşür.
  • Bir evdə şadlıq, bir evdə şivən.
  • Bir əl əkər, iki əl biçər.
  • Bir əldə iki qarpız tutmaq olmaz.
  • Bir əldən səda çıxmaz.
  • Bir əli bağda, bir əli dağda.
  • Bir əli ilə verir, bir əli ilə alır.
  • Bir əli ki kəsmək olmaz, öpüb başa qoymaq gərək.
  • Bir əli od, bir əli su.
  • Bir əli yağda, bir əli balda.
  • Bir əlin nəsi var, iki əlin səsi var!
  • Bir əllə torpaq canlanmaz.
  • Bir ət ki, girdi qazana, oldu yeməli.
  • Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər.
  • Bir gecənin oğrusu on illik molladan çox bilir.
  • Bir gələn bir də gələr, səbr elə.
  • Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
  • Bir gəmini iki rəis batırar.
  • Bir gördün namərdi, bir də görsən, namərdsən.
  • Bir gördün yoldaş, iki gördün qardaş.
  • Bir görmək iki eşitməkdən yaxşıdır.
  • Bir görür, iki istəyir.
  • Bir göz iki göz gördüyünü görə bilməz.
  • Bir gözə bir dünya sığışar.
  • Bir gözü alça dərir, bir gözü gavalı.
  • Bir gözü alça dərir, biri səbətə tökür.
  • Bir gözü yatır, bir gözü baxır.
  • Bir gözümü ağladır, bir gözümü güldürür.
  • Bir gül ilə bahar olmaz.
  • Bir gün bir il doyuzdurar.
  • Bir gün duz yediyin yerə qırx gün salam ver.
  • Bir gün olar bəxt oyanar.
  • Bir günlük bəylik də bəylikdir.
  • Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör.
  • Bir günlüyə dovşan dərisi də qatlanar.
  • Bir igid qırx ildə meydana gələr.
  • Bir igidin payı iki igidi ac qoyar.
  • Bir ilana, bir də xana bel bağlama.
  • Bir inad, bir murad.
  • Bir iş başlamayınca qurtarmaz.
  • Bir iş bitməyincə, o biri işi başlama.
  • Bir iş tut ki, aqibəti xeyir olsun.
  • Bir iş var, iki əməl.
  • Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.
  • Bir işi başlamağa çalış, özü qurtarar.
  • Bir işi başlayandan əvvəl axırını fikir eylə.
  • Bir işi iki eyləmə.
  • Bir işi qurtarmamış, o biri işdən yapışma.
  • Bir işin əvvəlinə bax, bir də axırına.
  • Bir it hürməklə karvan qayıtmaz.
  • Bir iti iki daşla vurur.
  • Bir iynə deşiyindən bir dəvə boyda soyuq gələr.
  • Bir kənddə iki darğa olmaz.
  • Bir kəndin ki, koxası mürdəşir ola, heç olar ki, orda xeyir iş ola.
  • Bir kişinin adı çıxınca gönü çıxar.
  • Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar.
  • Bir könüldə iki məhəbbət olmaz.
  • Bir kötük üstə çox çırpılar doğranar.
  • Bir qapıda iki dilənçi olmaz.
  • Bir qaranquşla bahar olmur.
  • Bir qarına iki minnət götürmək olmaz.
  • Bir qaşıq ilə doqquz abdal keçinər.
  • Bir qaşıq su da adam boğar.
  • Bir qazanda iki kəllə qaynamaz.
  • Bir qazandır, bir çömçə.
  • Bir qəlbi tikə bilməyəcəksən, niyə sındırarsan?!
  • Bir qəpik xəsisin bir dişidir.
  • Bir qız – bir oğlanındır.
  • Bir qoca yeddi oğula əvəzdir.
  • Bir qorxaq bir ordunu dağıdar.
  • Bir qoyun ağ da doğur, qara da.
  • Bir qoyundan iki dəri çıxmaz.
  • Bir qoyundan sürü olmaz.
  • Bir qoz üçün daş atmazlar.
  • Bir qul iki ağaya qulluq eyləyə bilməz.
  • Bir qulağın dar eylə, bir qulağın darvaza.
  • Bir quş bir qutuya sığınar.
  • Bir loxma bir daş aşırar.
  • Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar.
  • Bir meşəyə od düşsə, quru da yanar, yaş da.
  • Bir misqal ət yüz eybi örtər.
  • Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
  • Bir müştəri üçün dükan açılmaz.
  • Bir ox iki quşa dəyməz.
  • Bir olsun, pir olsun.
  • Bir ölkədə iki hökmdar olmaz.
  • Bir ölümə çarə yoxdur.
  • Bir papaqlı bir evi bəslər.
  • Bir piyalə qatıq kərə kimi, bir başmaq verdi sələ kimi.
  • Bir pula doqquz hamam tikilməz.
  • Bir saman çöpü dəvənin belini əzər.
  • Bir səndən böyüyü, bir də səndən kiçiyi dinlə.
  • Bir sərəncam, qırx nəsihətdən yaxşıdır.
  • Bir su ki, girdi qaba, oldu içməli.
  • Bir su ki, səni aparır, deynən Arazdı.
  • Bir sürüyə bir qurd yetər.
  • Bir şeyi verib pis olunca, verməyib pis ol.
  • Bir şeyin önünə baxma, sonuna bax.
  • Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər.
  • Bir tabaq kütüm olsa, biri sənə yoxdu ala köpək.
  • Bir talada iki axsaq ceyran olmaz.
  • Bir tək arı bir yığın çibindən yaxşıdır.
  • Bir tikə çörək on il yadda qalar.
  • Bir tikəni bilməyən, min tikəni də bilməz.
  • Bir tikənin qırx il haqqı var.
  • Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
  • Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər.
  • Bir toyuq ki, yumurta üstündə oturdu (bir inək ki, qarnında bala gəzdirdi), ona bıçaq yoxdur.
  • Bir tövlədə at da olar, eşşək də.
  • Bir uşağın ağlı gördüyü işlərdən məlum olar.
  • Bir ürəyi iki yerə bölmək olmaz.
  • Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
  • Bir vermə, bir də istər, yatmağa yer də istər.
  • Bir vurmağla ağac yıxılmaz.
  • Bir yaxşılıq, bir də pislik yaddan çıxmaz.
  • Bir ziyandan min böhtan doğar.
  • Biri oddur, gərək, biri su olsun.
  • Biri ölməsə, o biri dirilməz.
  • Birlik harada, dirilik orada.
  • Bitmiş işdən gül iyi gələr.
  • Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
  • Bizə yetişən keçəlin saçı dabanından oldu.

  • Bıçaq öz qının kəsməz.
  • Bıçaq sümüyə dayanıb.
  • Bıçaq vursan qanı çıxmaz.
  • Bıçaq yarası sağalar, söz yarası sağalmaz.
  • Bıçaq zarafat sevməz.
  • Bıçaqçıda bıçaq tapılmaz.
  • Bığ saqqaldan qabaq çıxıb.
  • Bığdan kəsir, saqqala qoyur.
  • Bığı buraxmısan, saqqala salam vermirsən.
  • Bığını yağlayıblar.
  • Bığının altından keçiblər.

Bo

  • Boğaz yediyin istəməz, göz gördüyün istər.
  • Boğuşan köpəyin yarası əskik olmaz.
  • Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
  • Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
  • Borc alan bicdir, borc verən gic.
  • Borc alan salam da var.
  • Borc almaq asandır, qaytarmaq çətin.
  • Borc almaq başlayan yerdə dostluq pozular.
  • Borc altında qalan deyil.
  • Borc durar, xərc durmaz.
  • Borc əsarətdir.
  • Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr.
  • Borc igidi əridər.
  • Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
  • Borc ilə çaxır içən, iki dəfə keflənər.
  • Borc ki oldu yüz, gir içində üz.
  • Borc su dəyirman dolandırmaz.
  • Borc verənin dili uzun olar.
  • Borc verməklə tükənər, yol getməklə.
  • Borc yaddan çıxmaz.
  • Borc yaxşı günə gəlməz.
  • Borcdan qorxan qapısını gen açmaz.
  • Borc ki oldu yüz – gir içində üz.
  • Borcla alınan eşşək su yolunda ölər.
  • Borclu borclunun sağlığını istər.
  • Borclu ölməz, bənizi saralar.
  • Borclunun duaçısı alacaqlıdır.
  • Borclunun duaçısı borc verəndir.
  • Borclunun üzü qara, aclığın gözü qara.
  • Borcunu verən dövlətlənər.
  • Borcunu verməyən, bir də borc ala bilməz.
  • Bostana dadanan eşşəyin qulağı-quyruğu olmaz.
  • Bostançının sovqatı kəlik olar.
  • Boş əl ilə balıq tutmaq olmaz.

  • Böhtançının qəbrində yovşan bitər.[4]
  • Böyük danışanda kiçik danışmaz.
  • Böyük danışanı kiçik götürər.
  • Böyük tökəni kiçik yığar.
  • Böyüklərdə zor olar, yalan olmaz.
  • Böyüksüz evdə xeyir-bərəkət olmaz.
  • Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
  • Böyüyə hörmət vacibdir.
  • Böyüyün tanımayan qibləsin də tanımaz.
  • Böyüyün üzünə ağ olanı torpaq götürməz.

Bu

  • Bu ağıl məndə, o dua səndə — səhərəcən yatarıq.
  • Bu arxa bir su gəlib, ümid var bir də gələ.
  • Bu arşına bez verməzlər.
  • Bu cırım, bu cındırım, mən durum necə sındırım?!
  • Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
  • Bu darı o aclığa çatmaz.
  • Bu dünya belə gəlib, belə də gedəcək.
  • Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
  • Bu əlin rənci, o ələ haramdır.
  • Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.
  • Bu gün sən deyirsən, sabah sənə deyərlər.
  • Bu günün işini sabaha qoyma!.
  • Bu günün sabahı var.
  • Bu gününlə çörək qazan, onu da Nurcahan yesin, dindirəndə yalan desin.
  • Bu – hələ kamilləri, gör nədir cahilləri.
  • Bu ilki sərçə bidirki sərçəyə çib-cib öyrədir.
  • Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax,
  • Bulaq başından bulanar.
  • Bulaq gərək yerindən bulaq ola.
  • Bulaq öz gözünü kor istəməz.
  • Bulamac dəliyə qaldı.
  • Bulaşıqlı səhəngdən bulanıq su tökülər.
  • Burda dilənir, orda zəkat verir.
  • Burda mənəm, Bağdadda kor xəlifə.
  • Burda oturma, his olarsan, orda oturma, pis olarsan.
  • Burnu fırtıqlı quzu buynuzu burma qoç olar.
  • Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.

  • Bülbül kimi ötür.
  • Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".

İstinadlar

  1. Atalar sözü və məsəllər. Toplayanı və tərtib edəni: Aslan Əsədov. Bakı-2008
  2. sözləri. Bakı, "Nurlan", 2013
  3. Rzayev X. Atalar sözü. Bakı: Təbib, 1992, s.21
  4. Azərbaycan folkloru antologiyası. III cild. Göyçə folkloru. Toplayıb tərtib edən və ön sözün müəllifi: Hüseyn İsmayılov. Bakı,2000.