Yarış

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı adam yarışmaz, beləcə kimsə ona qarşı qazana bilməz. Lao-tszı
  • Ağıllı insan heç kimlə yarışmaz, beləcə heç kim onunla yarışa bilməz. Konfutsi
  • Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi ... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır. Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb-biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı? Teodor Drayzer

Ə[redaktə]

  • Əgər allahlardan biri mənə indiki yaşımdan uşaqlıq yaşıma qayıtmağa və beşikdə ağlamağıma imkan versəydi, mən əlbəttə ki, imtina edərdim və istəməzdim ki, məni bütün yarış məsafəsini qaçıb başa vurandan sonra əvvələ qaytarsınlar. Biz kimvrilərlə (kimvrilər-qədim alman tayfası) ilə müharibəni rəqiblərdən kiminsə əmr edəcəyinə görə yox, onlardan kimin mövcud olacağına görə etdik. Mark Tulli Siseron
  • Ən alicənab yarış — insaniyyətdə yarışmaqdır. Latın atalar sözləri

H[redaktə]

  • Həyat, kimin ovçu, kimin şikar olacağını müəyyənləşdirən yarışdan başqa bir şey deyildir. Bertran Rassel
  • Həyatı 100 metrə yarışı kimi göstərirlər, yalnız qazanan adamı göstərirlər. 100 metrə yarışında arxada 8 adam vardır. Bunları heç göstərməzlər, ən öndəki adamı göstirlər. Əhməd Şərif İzgörən

Q[redaktə]

  • Qorxu və ümid - insanları idarə edən bu iki alətdir. Bu iki alətdən istifadə etmək əvəzinə, onların arasında fərq qoymadan, onlardan təbiətinə uyğun olaraq istifadə etmək lazımdır. Qorxu təhrik etmir, qorxunun qabağını alır və cəzalar haqqında qanunlarda ondan istifadə edilməsi yaxşı işlər görmək üçün yox, pis işlər görməyə mane olmaq üçündür. Yoxsulluq qorxusu qarşısında avaraların nə vaxtsa zəhmətkeş insan olması inandırıcı deyil. Ona görə də insanlar arasında əməkdə əsl yarış ruhu yaratmaq üçün onlara göstərmək lazımdır ki, əmək aclıqdan xilas olmaq üçün yox, rifaha nail olmaq üçün vasitədir. Gəlin, belə bir ümumi qayda müəyyən edək: heç kəsi nəyisə etmədiyinə görə yox, etdiyi şeyə görə məzəmmət etmək lazımdır. Jan Jak Russo
  • Qoyma başın balışa, Ver özünü yarışa. Azərbaycan atalar sözləri/Q

M[redaktə]

  • Müharibə bəşəriyyət üçün ən möhtəşəm yarışdır! Döyüşdə güclü qalib gəlir, zəif isə ölür. Corc Patton

U[redaktə]

Y[redaktə]

  • Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın. İmam Hüseyn
  • Yarış, bizə görünən şeylərin təsiri altında yaranmış bir şeyi bizim, eləcə də başqalarının istəməsidir. Benedikt Spinoza

İstinadlar[redaktə]