Məzmuna keç

Az



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl qızıldan da qiymətlidir: az tapılır, çox faydalıdır. Po Çü
  • Ağlın az olsun, amma özününki olsun. Maksim Qorki
  • Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. Fransua de Laroşfuko
  • Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır. Mişel de Monten
  • Az bilən və az düşünən çox danışar. Fridrix Nitsşe
  • Az bilib çox danışan, bədxərclik edən yoxsula bənzər. Napoleon Bonapart
  • Az bilmək istəmirsənsə, çox oxu. Azərbaycan atalar sözləri/A
  • Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilərsən. Lao-tszı
  • Az danış, ondan da az yaz. Pifaqor
  • Az danışan məqsədinə boşboğazdan tez çatar. Lao-tszı
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Az olar ki, qumarbazı öz atının üstündə qəbiristanlığa aparalar. Fin atalar sözləri
  • Az olsun, saz olsun. Azərbaycan atalar sözləri/A
  • Az olsun, üz olsun. Azərbaycan atalar sözləri/A
  • Az sözlə çox şey izah edəcəksən; "səni sevirəm" deyəcəksən sadəcə. Ancaq hər dəfə deyil, yalnız hiss etdikdə. Turqut Uyar
  • Az toyuq az yumurta, çox toyuq çox yumurta. Çin atalar sözləri
  • Az sözün incitək mənası solmaz,
    Çox sözün kərpictək qiyməti olmaz. Nizami Gəncəvi
  • Az yeyənin azarı da az olar. Azərbaycan atalar sözləri/A
  • Aza qane olmayan yoxa çatmaz. Azərbaycan atalar sözləri/A
  • Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az. Fridrix Nitsşe
  • Böyük tora balıq az-az düşər, ancaq düşəndə də böyüyü. Fin atalar sözləri
  • Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər. Fridrix Nitsşe
  • Çox bilən, lakin az danışan ol, az bilib çox danışan olma. Qabusnamə
  • Çox yesən ləzzət azalar, az yesən ləzzət çoxalar. Çin atalar sözləri
  • Dinclik deyilən o şeyin hər santimetrinə ehtiyacım var bu aralar. Mənə bir az bahar lazımdır.. Çox üşüdüm. Maksim Qorki
  • Düşünürəm də bir az, böyüyərək uşaqlıq etmişik. Turqut Uyar
  • Eşqbazlıqda ən az olan şey eşqdir. Fransua de Laroşfuko
  • Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər. Pifaqor
  • Əhəmiyyətli olan; həyatda ən çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır. Platon
  • Əsl dostluğa əsl məhəbbətdən də az rast gəlinir. Fransua de Laroşfuko
  • Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. Fransua de Laroşfuko
  • Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır. Fransua de Laroşfuko
  • Həqiqi sevgi, hər kəsin danışdığı kimi bir gül, lakin çox az adamən gördüyü xəyalətlərə bənzər. Anatol Frans
  • "Hər şeydən bir az qalır" deyir bəziləri; fincanda bir az qəhvə, qutuda bir az çörək, insanda bir az kədər. Turqut Uyar
  • Xəbərdarlıq yolu ilə təhsil həm çox əmək istər, həm də az işə yarayar. Platon
  • İnsan nə qədər az bilərsə, o qədər çox bildiyini sanar. Jan Jak Russo
  • Malı az olanın dərdi də az olar. Fransız atalar sözləri
  • Mən müəllimimdən kimin ağıllı insan olduğunu soruşduqda o, "az danışıb şox eşidən" cavabını verdi. İsaak Barrou
  • Nə qədər çox oxusan, özünü başqalarına o qədər az oxşadarsan. Jül Renar
  • Oğullar analarının iffətli olduğuna inanarlar, qızlar da elə, amma onlar daha az inanarlar. Anatol Frans
  • Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq. İspan atalar sözləri

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

[redaktə]