Məzmuna keç

Üzv



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailənizi bağlayan əsl bağlar qan bağları deyil, bir-birimizin həyatında kəşf etdiyimiz hörmət və sevincə əsaslanır. Eyni ailənin üzvləri nadir hallarda bir dam altında böyüyürlər. İlluziya (Riçard Bax)
  • Alim cəmiyyətinin üzvü olma. Ən müdriklər cəmiyyət təşkil edəndə sadə rəiyyət olurlar. Pifaqor
  • Azadlıq yalnız hökumət tərəfdarları üçün, yalnız bir partiya üzvləri üçün - nə qədər çox olsalar da - azadlıq deyil. Azadlıq həmişə fərqli düşünənlərin azadlığıdır. "Ədalət" fanatizmə görə deyil, amma ibrətamiz və faydalı olan və siyasi azadlığın təmizləyicisi olan bu varlığa bağlıdır və "azadlıq" bir imtiyaz halına gəldikdə təsiri uğursuz olur. Roza Lüksemburq
  • Bəşəriyyət fırtınada üzən gəmiyə bənzəyir. Kompas zədələnib, dəniz kartları köhnəlib, kapitan suda batıb, matroslar növbə ilə onu əvəz etməlidirlər. Üstəlik, sükanın hər vəziyyətini nəinki ekipaj üzvləri, eləcə də göyərtədəki sərnişinlərlə razılaşdırmaq lazımdır.. Uinston Çörçill
  • Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam. Avraam Linkoln
  • Birləşmənin elə bir ümumi formasını tapmaq lazımdır ki, bu forma özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi azad olsun və yalnız özünə itaət etsin. Jan Jak Russo
  • Böyük dünyəvi hadisələr, inqilablar və s. siyasi partiyalar tərəfindən həyata keçirilir... Partiya ümumi məqsədləri həyata keçirdiyi halda, partiyadan kənarda olanlar öz xüsusi, şəxsi mənafelərini güdürlər... Partiya öz əsas məqsədinə çatan kimi onun hər bir üzvü də öz şəxsi mənafeyi qeydinə qalmağa başlayır, bununla da o, öz həmkarları ilə ziddiyyətə girmiş olur və partiyada parçalanma baş verir, bu da daha böyük hərc-mərcliyə səbəb olur... İctimai fəaliyyətlə məşğul olanların çox az hissəsi yalnız öz ölkəsinin mənafeyi haqqında düşünür. Bencamin Franklin
  • Bütün indiki və gələcək bədbəxtliklər və kosmik kataklizmlər böyük dərəcədə qadının tabeliyindən və alçaldılmasından irəli gəlir. Mənəviyyatın dəhşətli tənəzzülü, bəzi xalqların xəstəlikləri və degenerasiyası da qadının kölə asılılığının nəticəsidir. Qadın ən böyük insan imtiyazından - yaradıcı düşüncədə və qurucu işdə tam iştirakdan məhrumdur. O, təkcə bərabər hüquqlardan deyil, bir çox ölkələrdə kişilərlə bərabər təhsildən də məhrumdur. O, Kosmik Qanun və Hüquqla onun tamhüquqlu üzvü olduğu ictimai və dövlət həyatının qurulmasında öz bacarıqlarını ifadə etməyə icazə verilmir. Amma qul qadın dünyaya ancaq qul verə bilər. “Böyük ana, böyük oğul” atalar sözünün kosmik, elmi əsası var. Oğullar daha çox analarının, qızların isə atalarının ardınca getdiyi kimi, kosmik ədalət böyükdür! Qadını alçaltmaqla, kişi özünü alçaldır! Bu, bu gün insan dühasının azlığını izah edir. Helena İvanovna Roeriç
  • Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz. Tur Xander
  • Deyəsən, siz federal hakimləri bütün konstitusiya məsələlərinin əsas hakimi hesab edirsiniz, bu çox təhlükəli doktrinadır... Bizim hakimlərimiz... başqaları kimi partiyaya, hakimiyyətə və korpusun imtiyazlarına münasibətdə eyni ehtiraslara malikdirlər. Onların hakimiyyəti daha təhlükəlidir, çünki onlar ömürlük vəzifədədirlər və digər funksionerlər kimi seçkili nəzarət qarşısında məsuliyyət daşımırlar. Konstitusiya belə bir tək tribunal yaratmamışdır, çünki bilir ki, hansı əllərə sırınırsa, zamanın və partiyanın fitnəsi ilə onun üzvləri despotlara çevriləcək. Tomas Cefferson
  • Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk (Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır.[1]Jan Şarden.
  • Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.[2] Abdullah Gül
  • Həddindən artıq üzvü olan klub daha klub deyil. Uinston Çörçill
  • Hər bir varlığın dünyadakı yerini ona göstərən bir üzvü var. İnsanda bu üzv ağıldır. Lev Tolstoy
  • Hətta quldur dəstələrinin üzvləri də hansısa bir əxlaq normalarına riayət etməlidirlər. Çünki, onlar bütün dünyanı qarət edə bilər, amma bir-birini yox. Rabindranat Taqor
  • İngilis xalqı çox səhv düşünərək özünü azad bir xalq hesab edir. O yalnız Parlament üzvlərinə seçkilər zamanı azaddır. Üzvlər seçildikdən sonra xalq kölə, heç nədir. Jan Jak Russo
  • İnsanların özlərini yaxşı hiss etməsi, özünə və başqalarına yaxşı münasibət bəsləməsi üçün onlar dəyərli, sevilən, istənilən və ehtiyaclı olduqlarını dərk etməlidirlər. Hər kəs insan cəmiyyətinin əhəmiyyətli bir üzvü olduğunu bilmək və hiss etmək istəyir. Alfred Adler
  • Təsəvvür edək ki, təkcə bir fərd deyil, bütöv bir cəmiyyət , bütöv bir nəsil , o cümlədən onun ən zəif, ən az intellektli, ən ağılsız üzvləri birdən-birə yeni dünyaya daşınır. Bu zaman kütləvi oriyentasiya baş verir və bütün sosial orqanizm gələcəyin şoku ilə təhdid edilir. Olvin Toffler

İstinadlar

[redaktə]
  1. Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947
  2. Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti