İblis
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
G
[redaktə]- Gələcək haqda danışmaq, iblisləri güldürməkdir. Yapon atalar sözləri
H
[redaktə]- Hakimiyyət sevgisi insanların iblisidir. Onlara sağlamlıq, qida, ev, təhsil, bir sözlə, hər şey verin, onlar xoşbəxt olmayacaqlar. Çünki, iblis gözləyir, gözləyir və məmnunluq istəyir. Onlardan hər şeyi alıb iblislərini məmnun etsəniz, onlar xoşbəxt olacaqlar. Fridrix Nitsşe
İ
[redaktə]- İblis və İnsan: onlar bir-birinin portretini çox dəqiq çəkiblər. Rahid Ulusel
- İblisə barmağını göstər, yapışsın biləyindən. Gürcü atalar sözləri
- İblisin başqa bir adı da yalandır. Viktor Hüqo
- İblisin dəmir dirəyi olmaq. Yapon atalar sözləri
- İblisin gücü onun mələk səbrindədir. Stanislav Eji Lets
- İblislə insan arasındakı fərq nədən ibarətdir? Hötenin Mefistofeli deyir: “Mən, bütövün pislik istəyən, amma yaxşılıq edən hissəsiyəm”. Əfsuslar olsun ki, insan tamamilə bunun əksini deyərdi. Fyodor Dostoyevski
- İblislər iki cür olur: cəzalandırılmış mələklər və özünə karyera qazanmış adamlar. Stanislav Eji Lets
S
[redaktə]- Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı. (Əl-Əraf surəsi, 11-ci ayə). Qurani-Kərim
Ü
[redaktə]- Ümidsiz ancaq iblis yaşayar. Qaraqalpaq atalar sözləri
Y
[redaktə]- (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə’zim məqsədilə) səcdə edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür! (Əl-Kəhf surəsi, 50-ci ayə) Qurani-Kərim
- Yenə yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" - deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!" - demişdi. (Əl-İsra surəsi, 61-ci ayə) Qurani-Kərim