İldırım

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C[redaktə]
- Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır. Tomas Cefferson
D[redaktə]
- Dəmirçi emalatxanasında böyüyən it ildırımdan da qorxmaz. Sinhal atalar sözləri
Ə[redaktə]
- Əgər ildırımlar ritmlə saçmasaydı, onlar çox zəif parlayardılar. Mark Tulli Siseron
- Əsl sevgi ürəyi ildırım kimi vurur və ildırım kimi lal olur. Maksim Qorki
G[redaktə]
- Göydə buludlar da qoşalaşmasa,
Nə ildırım çaxar, nə yağış yağar.[1] Bəxtiyar Vahabzadə
İ[redaktə]
- İnsanlar ildırımsız tufandan çox qorxmurlar. Təhlükəli olan isə ildırım yox, şimşəkdir. Jül Vern
K[redaktə]
- Kazak buludlardan və ildırımdan qorxmur. Ukrayna atalar sözləri
P[redaktə]
- Pişiyin başına kolbasa gurultayla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun". Gürcü atalar sözləri
S[redaktə]
- Sevgi! Bu mənada nə qədər hüdudsuzluq var! Bir göz yaşında necə okean! Bir baxışda necə səma! Bir nəfəs almada necə tufan! Bir toxunuşda necə ildırım! Bir anda necə əbədilik! Anatol Frans
- Sevgi ildırım kimidir. O, səssizcə, gurultusuz vurur. Hətta onun güclü zərbələri bizə zövq verə bilər. Mixail Lomonosov
- Sevgi ildırım kimidir - onun haranı vuracağını heç kim əvvəlcədən bilmir. Jan Batist Anri Lakorder
Ş[redaktə]
- Şüurlu qadın sevgisində bir anilik, bir ildırım, işıq yanında bir qaranlıq vardır. Fridrix Nitsşe
T[redaktə]
- Təsirsiz söz yağışsız ildırım kimidir. Tai atalar sözləri
- "Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso