Şimşək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aforizm - dəliliklə dahilik arasında şimşək kimidir. Əbu Turxan
B[redaktə]
- Bəzi sözlər birdən-birə aydınlıqdan çaxan şimşək kimi içimdə çiçəklər diyarını açır. Jozef fon Eyhendroff
Ə[redaktə]
- Ən böyük mütəfəkkirlərin ləyaqəti məhz ondadır ki, mövcud kitablardan və ənənələrdən asılı olmayaraq, onlar özlərindən əvvəlkilərin və ya ətrafdakıların düşündüklərini deyil, özlərinin düşündüklərini ifadə edirdilər. Ona görə də hər birimiz insanın şüurunda bəzən alovlanan, alışıb-yanan o saf düşüncələrə qulaq asmalı, izləməli, qavramalıyıq. Bu daxili şimşək bizim hamımız üçün şairlərin və müdriklərin bütün bürcünü öyrənməkdən daha çox əhəmiyyət kəsb edir. Ralf Uold Emerson
G[redaktə]
- Göy gurultusu yaxşıdır, şimşək təsir edicidir; amma işi görən ildırımdır. Mark Tven
İ[redaktə]
- İldırım gurlandı, şimşək çaxdı, amma yağış haradadır? Abaza atalar sözləri
M[redaktə]
- Mən təmiz, işıq saçan səmanı coşan dəniz üzərində görəndə, şimşəkdən başqa bir işıq tanımayan bütün günəşsiz, buludlarla tarıma çəkilmiş ehtiraslara dözə bilmirəm. Fridrix Nitsşe
Ş[redaktə]
- Şimşəyi görən buludu da görüb. Madaqaskar atalar sözləri
Ü[redaktə]
- Ürəyin göy qübbəsi kimi meteorları, kometləri, şimşəkləri var. Alfons Alle
Y[redaktə]
- Yaxşı şeir şimşək çaxması ilə işıqlanan mənzərə kimi olmalıdır. Alfons Dode
Z[redaktə]
- Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi