Ədəbsiz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı ədəbi ədəbsizdən öyrənər. Azərbaycan atalar sözləri/A
Ə
[redaktə]- Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən. Azərbaycan atalar sözləri/Ə
- Ədəbin nə olduğunu bilmək istəyənlər bilsinlər ki, ədəb hər bir ədəbsizin ədəbsizliyinı səbr edib dözməkdir. Mövlana Cəlaləddin Rumi
- Ədəbsiz kişi öyülməz. Kumık atalar sözləri
- Ədəbsiz, yalnız özünə pislik etməz; bütün ətrafa od salar. Su, göy, ədəb üzündən işıqlarla dop-dolu bir hala gəlmişdir; Mələk ədəb üzündən günahdan islah olunub, təmiz olmuşdur. Mövlana Cəlaləddin Rumi
G
[redaktə]- Gülüş, müstəsna, yaxud təxmini müstəsna olaraq ondan irəli gəlir ki, o, ədəbsiz bir şeyi ədəbsizcəsinə ifadə edir, yaxud göstərir. Mark Tulli Siseron
K
[redaktə]- Kim ədəb gözləsə hər əməlində,
Qalmaz ədəbsizin çirkin əlində. Məhəmmədhüseyn Şəhriyar
Q
[redaktə]- Qəribə deyil? Ədəbli ədəbindən susar, Ədəbsiz mən susdurdum sanar. Ziqmund Freyd
M
[redaktə]- Mənim mobil telefonum yoxdur. İnsanlar telefonlarının düymələrinə və ya görüntülərinə hakim olduqlarına inanırlar. Amma əslində o düymələr bizə hakimdir. Bəzən texnika mənə çox ədəbsiz görünür. Əgər dərhal kiminsə səsini eşidə bilirəmsə bu, düz deyil. Mənə ədəbsiz görünən odur ki, kiminləsə ünsiyyətdə olmaq üçün heç bir zəhmət tələb olunmur. Jan-Lük Qodar
R
[redaktə]- Rəssamın intim arzuları və fantaziyaları yalnız transformasiya yolu ilə incəsənət əsərlərinə çevrilir, bu arzularda ədəbsiz olanlar yumşalır, onların şəxsi mənşəyi maskalanır və gözəllik qaydalarına riayət olunması nəticəsində başqa insanlara zövqün cazibədar payı təklif olunur. Ziqmund Freyd