Məzmuna keç

Acgözlük



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açgöz adam qəzəbli olur, acgöz adamdan əxlaqsız hərəkətlər baş verir, acgözlük insanın gözünün işığını azaldır, axırda kor eləyir. Hind atalar sözləri
  • Acgözlük daxili bir boşluğun nəticəsidir. Erix Fromm
  • Acgözlük sevgidən də kordur. Volter
  • Dünya hər hansı bir insanın ehtiyaclarını təmin etmək üçün kifayət qədər böyük, lakin insan acgözlüyünü təmin etmək üçün isə çox kiçikdir. Mahatma Qandi
  • Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. [1] Ömər Osmanoğlu
  • İlk gündən bu günə qədər tam acgözlük sivilizasiyanın hərəkətverici ruhu idi; sərvət və yenə də var-dövlət və bir daha var-dövlət, cəmiyyətin yox, tək bir sərvətin sərvəti - burada onun yeganə və son məqsədi var idi. Əgər eyni zamanda elmin mütərəqqi inkişafı və ali sənətin dəfələrlə çiçəklənməsi onun qucağına düşürdüsə, bu, yalnız ona görə idi ki, onlar olmadan müasir sərvət öz nailiyyətlərini tam həyata keçirə bilməzdi. Fridrix Engels
  • Yoxsulluq var-dövlətin azalması ilə yox, acgözlüyün artması ilə bağlıdır. Platon

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997. səh.59