Amerika Birləşmiş Ştatları
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmaqlar, sərxoşlar və Amerika üçün xüsusi bir ilahi ədalət var. Otto fon Bismark
- Amerika Birləşmiş Ştatları bizə hücum etməyə çalışsalar, 100 il mübaribə olacaq. Biz hazırlıqlıyıq. Uqo Çavez
- Amerika inqilabı mühafizəkar inqilab idi. «North American Review», sentyabr-oktyabr 1878. Uilyam Qladston
- Amerika pul ölkəsi deyil, zənginlik ölkəsidir; zəngin insanlar ölkəsi deyil, uğurlu işçilər ölkəsidir. Henri Ford
- Amerikada bizim minəcəyimiz təyyarənin düşəcəyini düşünən bir qadın var. İnsanlar qorxub dua etdiyimizi düşünür, amma biz nə etdik? İçdik. Rinqo Starr
- Amerikalılar bərabərliyə o qədər aşiqdirlər ki, onlar azadlıqda qeyri - bərabər olmaqdansa, köləlikdə bərabər olmağı üstün tuturlar. Aleksis de Tokvil
- Amerikanı yalnız buraxın. Onlar özləri-özlərini yox edəcək. Adolf Hitler
- ABŞ-ın nökəri olmaqdan imtina edən çox az ölkə var. Bunlar Çin, İran, Liviya, Kuba, Suriya və Rusiyadır. 11 sentyabr hadisələrinin arxasında kim durursa-dursun, onun amerika xalqının dostu olmadığı dəqiqdir. Üsamə bin Laden
- ABŞ hələ də qaranlıq keçmişi ilə hesablaşır. Barak Obama
- ABŞ-ın hakim sinfi Amerika adlanan həyat tərzini “azad dünya” üçün nümunə kimi qoyur. Bəs bu hansı azadlıqdır? Bu, bir tərəfdən israfçılıq olduğu halda istismar etmək, qarət etmək, ac qalmaq azadlığıdır, digər tərəfdən iqtisadi resurslar tam istifadə edilmədiyi halda işsiz qalmaq azadlığıdır. ABŞ-ın azadlığı inhisarçı kapitalın proletariatı əzmək, ikipartiyalı sistemlə xalqı aldatmaq, hərbi bloklarla öz iradəsini başqalarına sırımaq azadlığıdır. Xalqlar arasında müharibənin başlanması üçün bəhanə verən cəmiyyət budur, çünki öz ölkəsi daxilində reaksiya vermək, xaricdə təcavüz və genişlənmə meyli kapitalizm və imperializmin əlamətidir. Nikita Xruşşov
B[redaktə]
- Bir gün Amerikanın hər böyük şəhərində bir adəd telefon olacaq. Aleksandr Bell
- Bir ölkəni tanımağın yollarından biri orada insanların necə öldüyünü görməkdir. Burada (ABŞ nəzərdə tutulur – tərcm) hər şey nəzərə alınır. Tanıtma afişalarında bu cür yazılır: “Siz öləcəksiniz və o zaman istirahət başlanacaq -1”. Məzarlıqların özəl mülkiyyəti var: “Yerinizi almağa tələsin!” Alber Kamyu
İ[redaktə]
- İngiltərədə ən az Amerikadakı qədər film çəkdim, İngiltərəyə təkrar təkrar gələcəm. Stiven Spilberq
- İnsan irqini qurtaraq, ABŞ imperatorluğunu bitirək. - Uqo Çavez
N[redaktə]
- Niyə amerikalıların törətdikləri dağıntılar azadlıq və demokratiya, onlara qarşı müqavimət isə terrorizm və fanatik dözümsüzlükdür? Üsamə bin Laden