Məzmuna keç

Bol



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aprel ayında tez-tez yağan yağışlar meyvənin bol olacağından xəbər verir. Polşa atalar sözləri
  • Azad sevgi? Sanki sevgi pulsuzdur! İnsan beyni satın aldı, amma dünyada milyonlarla insan sevgini satın ala bilmədi. İnsan bədənləri ram etdi, amma yer üzündəki bütün qüvvələr sevgini ram edə bilmədi. İnsan bütün xalqları fəth etdi, amma bütün qoşunları sevgiyə qalib gələ bilmədi. İnsan ruhu zəncirləyib, buxovlayıb, amma sevgi qarşısında tamamilə aciz olub. Uca bir taxtda, qızılının əmr edə biləcəyi bütün əzəmət və təmtəraqla, insan hələ də yoxsul və kimsəsizdir, əgər sevgi ondan ötrü keçərsə. Qalsa, ən kasıb ev hərarətlə, həyatla, rənglə nur saçar. Beləliklə, sevgi dilənçini padşah etmək üçün sehrli gücə malikdir. Bəli, sevgi pulsuzdur; başqa heç bir atmosferdə yaşaya bilməz. Azadlıqda özünü qeyd-şərtsiz, bol, tamamilə verir. Bütün nizamnamələr, kainatdakı bütün məhkəmələr onu torpaqdan qopara bilməz, Emma Qoldman
  • Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
  • Bol çörəyin yoxdur, şirin dilin olsun barı. Azərbaycan atalar sözləri/B
  • Bol xardallı, sosiskalı sendviçi gözünüzün qabağına gətirin… Artıq belə şeylər yemirəm. Təxminən 45 ildir dilimə dəymir. Ləzzətli şeyləri yox, sağlam olan şeyləri yeyirəm. Vudi Allen
  • Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. Mübariz İbrahimov
  • Fars dili əsrlər boyu Orta Şərqin, xüsusən, türklərin də ədəbi dili kimi işləndiyi üçün Azərbaycan, osmanlı, cığatay ədəbiyyatlarında, xüsusən, şeir və qəzəldə farsca estetik ifadələr bol işlənmişdir. Füzulinin ədəbi dili də bu qaydadan müstəsna deyildir. Lakin onun işlətdiyi farsca sözlər daha çox xalqına, xüsusən, ədəbi mühitə tanış sözlərdir. Cavad Heyət
  • Gəncə şəhəri Şamaxıdan 50 lye məsafədədir, dörd dəfə Şamaxıdan böyükdür, onda daş binalar çoxdur, əksəri iki mərtəbəlidir, qəşəng bazarları və böyük karvansaraları, valinin böyük və geniş sarayı var. Şəhər ərazisindən gözəl çay axır, orada çoxlu bağlar, yaxşı şərab və bol meyvə var. Belə ki, şəhər Şərqin ən əhəmiyyətli şəhərlərindən biri sayıla bilər. Bu məlumatları mənə həmin şəhərdə yaşayan fransız missioneri və bir neçə gürcü vermişdir.[1] Korneli de Bruin
  • Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin. Ömər Xəyyam
  • Hər hansı şəhərin bəzəyi beş şeydir: müzəffər şah, ədalətli hakim, zəngin bazar, mahir təbib və bol suyu olan çay. Şapur xan
  • Kainatda ən bol şey, hidrogen və axmaqlıqdır. Frenk Zappa
  • Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər.[2] İsa
  • Nə Manu, nə Platon, nə Konfutsi, nə də yəhudi və xristian alimləri heç vaxt özlərinin yalan demək hüquqları olduğuna şübhə etməmişlər. Onlar digər başqa hüquqlarından da bol-bol istifadə etmişlər… Bunu belə bir düsturla ifadə etmək olar: Bəşəriyyətin indiyə qədər insanların əxlaq tərbiyəsində istifadə etdikləri vasitələr kökündən qeyri-əxlaqi olmuşdur. Fridrix Nitsşe
  • Nəcib adam həyatında üç şeydən uzaq olmalıdır: həyat gücü bol olan gənclikdə qadınlarla maraqlanmaqdan, həyat gücü qüdrətli olan yetginlikdə rəqabətdən, həyat gücü kasad olan qocalıqda isə xəsislikdən. Konfutsi
  • Nəfsinə hakim olub bol-bol xeyirli işlər görən kəslərə o biri dünyada bol-bol əcr vardır. Bu dünyadan axirətə əməlsiz gedən kəslər o biri dünyada əliboş qalarlar. İbrahim Bin Ədhəm
  • Torpaq insanlardan ədalətlidir, riyakarlıq nə olduğunu bilmir, qoyulan əməyə qarşı bol-bol mükafatlar verir. Onore de Balzak

İstinadlar

[redaktə]
  1. ganja-ih.gov.az. "Coğrafi mövqeyi" (azərb.). İstifadə tarixi: 2020-03-16.
  2. Yəhya 10:9-11