Boz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq. Azərbaycan atalar sözləri/B
- Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan. Yanıltmac
C
[redaktə]- Can verəndə boz sərçəyə ver, qaranquş gəldi-gedərdi. Azərbaycan atalar sözləri/C
E
[redaktə]- Eşşəyim bozdur, dəyirmana getməyir. Azərbaycan atalar sözləri/E
Ə
[redaktə]- Əgər həyatımızın bütün məqsədi şəxsi xoşbəxtliyimizdən, şəxsi xoşbəxtliyimiz isə yalnız bir sevgidən ibarət olsaydı, o zaman həyat həqiqətən boz səhraya bənzəyərdi... Amma, eşq olsun əbədi idraka, qayğıçəkən ilahi qüvvəyə! İnsanın daxili aləmindən başqa tarixi düşüncə və ictimai fəaliyyət kimi böyük aləmi də var. Vissarion Belinski
G
[redaktə]- Gecə, bütün pişiklər boz rəngdədir. Venesuela atalar sözləri
Q
[redaktə]- Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz. Azərbaycan atalar sözləri/Q
- Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır. Rabindranat Taqor
- Qurdu ona görə döymürlər ki, bozdur, ona görə döyürlər ki, qoyunu yeyib. Rus atalar sözləri
S
[redaktə]- Səhvlərə yol veilsə belə, böyük əməllər etmək, böyük qələbələri bayram etmək, nə böyük sevinc, nə böyük bədbəxtlik bilməyən adi insanlar sırasına qoşulub, qələbəsi, məğlubiyyəti olmayan boz bir həyat yaşamaqdan daha yaxşıdır. Teodor Ruzvelt
- Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş. Yanıltmac
Y
[redaktə]- Yüzlərlə verst boz, susuz səhra, oturub danışan və nə vaxt çıxıb gedəcəyi məlum olmayan insan qədər məyusluq gətirə bilməz. Anton Çexov