Dolu
Görünüş
Bu səhifənin düzgün adlandırılmaması və ya Azərbaycan dilində olmadığı, adın Azərbaycan dilinə düzgün tərcümə (transliterasiya) edilmədiyi və ya adlandırmada orfoqrafik səhvə yol verildiyi ilə bağlı şübhələr var. Bununla bağlı öz fikirlərinizi məqalənin müzakirə səhifəsində bildirin. Düzəliş etdikdən sonra bu şablonu məqalədən götürməyi unutmayın. |
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağ qoyunu görənlər içi dolu yağ sanar. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Boş qab-dolu çəlləkdən çox səs çıxarır. Con Lokk
- Budur! İlk dəfə mən də bunun nifrət olduğunu sanmışdım. Tək bildiyim nifrətdi, nifrət dünyamı bürümüşdü, nəfəs almağım belə nifrətlə dolu idi. Və sonra bir şey oldu, səndə olduğu kimi. V for Vendetta
C
[redaktə]- Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
D
[redaktə]- Dərdli adamın qərarsızlıqlarla - tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan. Mövlana Cəlaləddin Rumi
- Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir. Mövlana Cəlaləddin Rumi
- Dünənin kədərləri və sabahın narahatçılıqlarıyla dolu bir ürəkdən, bu gün bir şey gözləmə... Hanna Arendt
- Dünya istəkli olanlarla dolu; bəziləri işləməyə istəkli, geri qalanlar da onları öz hallarına buraxmağa. Robert Li Frost
E
[redaktə]- Elə bir bəhrəli ağaca bənzəmək istəyirəm ki, hər tərpənişimdə meyvələrim dolu kimi yağsın. Lüdviq van Bethoven
Ə
[redaktə]- Əslində qadın kişinin onu bəyənən baxışlarından çox, həmcinsinin qısqanclıq dolu baxışlarını görəndə gözəl olduğuna əmin olur. Pablo Neruda
Q
[redaktə]- Qonşu payı dolu gələr, dolu gedər. Azərbaycan atalar sözləri/Birlik və dostluq
M
[redaktə]- Mən o acı dolu günlərin, o insanlıq faciəsi sürgünün uşağıyam. Cövhər Dudayev
- Musiqi ən gözəl mözüzələrlə dolu ilahi nemətdir. Martin Lüter
N
[redaktə]- Nəsə sizə yaxşı hisslər bəxş edirsə və onun doğru olub-olmaması sizi maraqlandırmırsa, bu, cibiniz dolu olarkən pulun haradan gəldiyi ilə maraqlanmamaq qədər pisdir. Karl Saqan
Ö
[redaktə]- Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşagələn deyildir. Xosrov Ruzbeh
P
[redaktə]- Pay dolu gələr, dolu gedər. Azərbaycan atalar sözləri/P
S
[redaktə]- Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir. Corc Bernard Şou
T
[redaktə]- Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver. Konfutsi