Haqsızlıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir tək adama edilən haqsızlıq, bütün birliyə yönəlmiş bir təhdiddir. Şarl Lui Monteskyö
- Birinə haqsızlıq edib 100 adamı ətrafına yığmaqdansa, ədalətli olub tək qalmaq daha yaxşıdır. Mahatma Qandi
Ə
[redaktə]- Əgər hər haqsızlıq qarşısında əsirsizsə mənim yoldaşımsınız. Ernesto Çe Gevara
- Ən önəmlisi dünyanın harasında olursa olsun istənilən haqsızlığı özünüzə qarşı edilmiş haqsızlıq kimi qəbul etmətinizi qorumağı bacarmaqdır. Bu bir inqilabçının ən önəmli özəlliyidir. Ernesto Çe Gevara
D
[redaktə]- Dəlilər həmişə öz məqsədlərinə sağlam adamlardan daha yaxşı çatırlar. Çünki, dəlilər üçün heç bir əxlaqi maneə, ayıb, haqsızlıq, nə də qorxu yoxdur. Lev Tolstoy
- Dürüst insana edilən ən böyük haqsızlıq onu şərəfsizlikdə günahlandırmaqdır. Uilyam Şekspir
H
[redaktə]- Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik. Heraklit
- Haqsız insan qəddarlığı ilə özünə pislik edir. Mark Avreli
- Haqsızlıq etməkdənsə, haqsızlığa məruz qalmaq yaxşıdır. Sokrat
- Haqsızlıq etməyən hörmətə layiqdir. Başqalarının haqsızlıq etməsinə imkan verməyən isə ikiqat hörmətə layiqdir. Platon
- Haqsızlıq həmişə hər hansı bir hərəkətlə yox, daha çox fəaliyyətsizliklə bağlı olur. Mark Avreli
- Haqsızlıq hər yerdə və həmişə olduğu üçün, haqlılığın xarakter xüsusiyyətlərini daşımağa başlar. Bertolt Brext
- Haqsızlıq, hərəkətlə, bəzən də öldürücü hərəkətsizliklə sıx bağlıdır.Kömək göstərməmək maddə ilə cəzalandırılır. Mark Avreli
- Haqsızlıqla insanları arxanca getməyə məcbur etməkdənsə, ədalətli olub tək qalmaq daha yaxşıdır. Mahatma Qandi
- Hər bir qələbə kimi əxlaqi idealın qələbəsi zorakılıq, yalan, böhtan, haqsızlıq kimi “əxlaqsız” vasitələrin köməyi ilə əldə edilir. Fridrix Nitsşe
- Hər kəs (Rəbbin hüzuruna) yaxşı əməllə gəlsə, ona bundan (əməllərindən) daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri qədər olar, onlara heç bir haqsızlıq edilməz!). Qurani-Kərim
- Hər səhər oyananda özümə belə bir söz verirəm: Dünyada vicdanımdan başqa heç kimdən qorxmayacağam. Heç kimin haqsızlığına boyun əyməyəcəyəm. Ədalətsizliyi ədalətlə yıxacağam və bütün varlığımla onun müqavimətinə cavab verəcəyəm. Mahatma Qandi
K
[redaktə]- Kimin tərbiyə etməsindən asılı olmayaraq, uşaqlar haqsızlığı çox ağrılı qarşılayırlar. Haqsızlıq kiçik olsa da, uşağın özü də, dünyası da kiçikdir. Onun üçün yırğalanan oyuncaq at, bizim üçün ucaboy İrlandiya atı kimidir. Çarlz Dikkens
Q
[redaktə]- Qanunun bitdiyi yerdə zülm və haqsızlıq başlayır. Uilyam Pitt
M
[redaktə]- Məncə ayrı-seçkilik salmayan məhəbbət sevilənə haqsızlıq edir və bunun əvəzində də vacib dəyərlərindən birini itirir. Bunu da demək lazımdır ki, hər insan sevilməyə layiq deyil. Ziqmund Freyd
T
[redaktə]- Türklərin sevdikləri birinci şey haqq və həqiqətdir və heç bir haqsızlıq etmədikləri halda, haqsızlığa uğramışlar. Uilyam Pitt