Kürk
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünüdə kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər. Yanıltmac
- Birinin doqquz kürkü var, doqquzunun kürkü yoxdur. Adıgey atalar sözləri
C
[redaktə]- Canavar kürkünü dəyişər, amma xasiyyətini yox. Latın atalar sözləri
Ç
[redaktə]- Çörək kürk deyil, amma qızındırır. Udmurt atalar sözləri
F
[redaktə]- Fəqirlərin düşkünü, ağ geyinər qış günü; Zənginlərin azğını, kürk geyinər yaz günü. Türk atalar sözləri
G
[redaktə]- Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor kürkü yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürkü yırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır. Yanıltmac
K
[redaktə]- Kamal ata kürkü deyil ki, irs ilə övlada keçə. Azərbaycan atalar sözləri/K
- Kürkü yağış korlar, dostluğu rişxənd. Monqol atalar sözləri
Q
[redaktə]- Qəbahət samur kürkü olsa da, kimsə çiyninə atmaz. Türk atalar sözləri
N
[redaktə]- Nə soyuğa tabım var, nə pulum var kürk alım. Azərbaycan atalar sözləri/N
T
[redaktə]- Tanınan yerdə özünə hörmət edirlər, tanınmayan yerdə kürkünə. Başqırd atalar sözləri