Mülayim
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
B
[redaktə]- Bəzən mülayimlik ciddi ölçülərdən daha güclü təsir edir. Ona görə də mənim ən birinci arzum davranışımda bu mülayimliyə malik olmaqdır. Corc Vaşinqton
C
[redaktə]- Cəsarət təhlükənin üstünə getmək deyil, onunla mülayim rəftar etməkdir. Ernest Heminquey
Ç
[redaktə]- Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqləninin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
H
[redaktə]- Həlimlik ona deyilir ki, nəfs könüllü olaraq qaydadan kənar işlərə razılıq versin. Bunu “mülayimlik” də adlandırırlar. Nəsirəddin Tusi
Ə
[redaktə]- Əgər müstəqil olmaq istəyirsənsə, mülayim və ayıq həyat tərzi yaşa. Pifaqor
İ
[redaktə]- İki savaşanı aralamaq rəhmdilikdir, adamı yəhərə oturtmaq və kisəsini qaldırıb ona vermək də rəhmdilikdir; xoş sözlər demək – minnətdarlıq etmək də, soruşana mülayim cavab vermək də rəhmdilikdir. Çaqqal gavalısı və yola düşən daş kimi adamları incidənlərin aradan götürülməsi də rəhmdilikdir. Məhəmməd
M
[redaktə]- Mən onların arasında gözü açıq gəzirəm. İnsanlar cılızlaşır və getdikcə daha çox cılızlaşırlar. Buna səbəb isə xoşbəxtlik və fəzilət barəsində onların elmidir. Fəzilətə münasibətdə mülayimdirlər və rahatlıq istəyirlər. Rahatlıq isə yalnız mülayim fəzilətə uyğundur. Fridrix Nitsşe
- Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o, nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır. Fərabi
- Mülayim insanın danışığı da, hərəkətləri də mülayim olur. Edmund Berk Bork
- Mülayimlik ən yaxşı dərmandır. Alman atalar sözləri
- Mülayimlik həm dövlətdir, həm də ləyaqət. Ərəb atalar sözləri
- Mülayimlik qüsurlardan etibarlı müdafiə kimi xidmət edir. Leonardo da Vinçi
- Mülayimlik və yumşaqlıq tərifə layiqdir, ancaq ciddiliyin tətbiq edilmə həddi ilə. Mark Tulli Siseron
N
[redaktə]- Nəfsin ağayanalığı ona deyilir ki, nəfs var-yoxluğa, az-çoxluğa böyük əhəmiyyət verməyə, mülayim və qeyri-mülayim işləri yola verməyi bacara. Nəsirəddin Tusi
Ö
[redaktə]- Özünüzə qarşı ciddi, başqalarına qarşı isə mülayim olun. Bununla özünüzü insanların kinindən qorumuş olarsınız. Konfutsi
Ü
[redaktə]- Üç şey adama məhəbbət gətirər: mədənilik, təvazökarlıq, mülayimlik. Ərəb atalar sözləri
Y
[redaktə]- Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri düşmüşdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər. [1]
- V. Vinoqradov, akademik
- Yersiz sərtlik dəhşət yaradar, yersiz mülayimlik hörmət azaldar. Nə elə qaba ol ki,səndən qaçsınlar, nə də elə yumşaq ol ki, sənə qabarsınlar. Sədi Şirazi
İstinadlar
[redaktə]- ↑ V. Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M. 1938 səh. 9.