Məzmuna keç

Məğrur



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Arximed elmlə o qədər məğrur idi ki, ona şöhrət gətirən ixtiralar haqqında o heç bir əsər yazmamışdır. Plutarx
  • Doyub yad ellidən, qaçqından Bakı.
    Üzülüb, öləcək acından Bakı,
    Məğrur görünsə də o can üstədir,
    Bakının dərdi var, Bakı xəstədir. Baba Pünhan
  • Məğrur başqalarından daha çox özündən tələb edir; təkəbbürlü isə özünü başqalarından yüksəkdə yerləşdirir. Mariya fon Ebner-Eşenbax
  • “Müasir ideyalar” insanı- özündən son dərəcə narazı, məğrur bir meymun. Bu inkar edilməzdir. O əzab çəkir və onun şöhrətpərəstliyi istəyir ki, o “əzab çəksin”. Fridrix Nitsşe
  • Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!.. Maksim Qorki
  • Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır. Əli
  • Təvazökar insan hər şeyi qazana bilər, məğrur insan isə hər şeyi itirə bilər, çünki təvazökarlıq həmişə alicənablıqla, qürur isə paxıllıqla görüşür. Antuan de Rivarol

İstinadlar

[redaktə]