Məzmuna keç

Mənzərə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. Əbu Turxan
  • Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir. Ancaq çıxarkən gördüyün mənzərə fərqlidir. Çin atalar sözləri
  • Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir. Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir, amma qatar həmişə irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil. Paulo Koelyo
  • Dünyada ən gözəl mənzərə sizin göstərdiyiniz həyat yoli ilə inamla addımlayan uşağın görünüşüdür. Konfutsi
  • Dünyada gözəl sifətdən gözəl mənzərə və sevilən səsdən gözəl musiqi yoxdur. Jan de Labrüyer
  • Əgər səni həmişəlik qapısı bağlı bir otağa salıblarsa və sən nəfəslikdən göyün bir parçasını görürsənsə və həmin o bir əlçim goy üzündə bulud topaları üzür, bir qartal hərlənib qıy vurursa, elə bircə bu mənzərə sənin ömrün boyu yazmağın üçün kifayət qədər mövzu verə bilər. Albert Eynşteyn
  • Gilyotin - Əbədiyyət mənzərəsi olan kiçik pəncərə. Adrian Dekursel
  • Hakimiyyəti ələ keçirmiş alçaq və cahil insanlardan kədərli bir mənzərə yoxdur. O hakimiyyət ki, o, bu cür insanların əxlaqını pozur və əzab verilən insanlara qarşı hissiyyatsız edir. Başqalarının bədbəxtliyi onlara heç bir fayda gətirməsə də, onlar bu bədbəxtliyə gülürlər. Daniel Defo
  • Həqiqət yolu çətin yoldur. Çox az adam bu yolla gedə bilir, amma bu yolu sonuna çatanların qarşısında qeyri-adi mənzərələr açılır. Cordano Bruno
  • Xəyalına çox güc vermə! O, çox qorxunc mənzərələr yarada bilər. Pifaqor
  • Kleopatranın burnu azca gödək olsaydı, dünyanın indiki mənzərəsi tamam başqa cür olardı. Blez Paskal
  • Qoca optimist istisna olmaqla, gənc pessimistin vəziyyətindən kədərli mənzərə yoxdur. Mark Tven
  • Mənim gözlərim başqa insanların ideallarını görür və bu mənzərə tez-tez məni valeh edir. Siz isə uzağı görməyənlər, elə bilirsiniz ki, bu mənim ideallarımdır. Fridrix Nitsşe
  • Mənzərələr, xatirələr, çöhrələr insandan uzaqlaşanda gözəlləşir, şairanələşir, fərqli buludlara, rənglərə bürünür. Reşat Nuri Güntekin
  • O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba yurdundan didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Xalqımız əsrlər boyu orada yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz torpaqlarından didərgin salmışdı. Dağlıq Qarabağda da eyni mənzərə olmuşdu. Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət, Xocalı Soyqırımı törətmişdi.
  • Sənaye cəhətdən daha çox inkişaf etmiş ölkə, daha az inkişaf etmiş ölkəyə onun yalnız öz gələcəyinin mənzərəsini göstərir. Karl Marks
  • Tamam başqa səbəbdən ağlayırdım. Rəqsinizə baxdıqca tamamilə başqa mənzərə görürdüm. Sürətlə meydana çıxan yeni dünyanı görürdüm. Bəli, daha texnoloji, bəli, daha effektli. Köhnə xəstəliklərin yeni müalicə üsulları. Çox yaxşı. Amma bununla belə dünya zalım və amansızdır. Və mən gözlərini yığmış, sinəsinə köhnə, daha xeyirxah dünyanı sıxan qızı görürdüm. Bu qız ürəyinin dərinliyində bilirdi ki, köhnə dünya qala bilməz, amma qız onu tuturdu, tuturdu və xahiş edirdi ki, onu buraxmasın. Bax, gördüyüm bu idi. Kazuo İşiquro
  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[1] Mustafa Kamal Atatürk

İstinadlar

[redaktə]
  1. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.