Məzmuna keç

Məscid



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bizi qırdılar, qadınlarımızı və uşaqlarımızı öldürdülər, məscidlərimizi yandırdılar, amma biz qadınları və uşaqları öldürməyəcəyik, kilsələri yandırmayacağıq. Çünki hörmət etdiyimiz kitab bunu bizə qadağan edir. Aliya İzzetbeqoviç
  • Bizim dəyərlərimizdə yol əngəl tanımaz. Önündə məscid belə olsa əgər yol oradan keçəcəksə, biz o məscidi yıxarıq, gedib o məscidi başqa yerdə inşa edərik.[1] Rəcəb Tayyib Ərdoğan
  • Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen (təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tutrmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünəxatun türbəsi) məxsusdur. — V. A. Engelqard[2]
  • İstənilən memarlıq əsərinin, xüsusilə Göy məscid kimi epoxal tikintinin müəyyən memarlıq–bədii məktəbə şamil edilməsi onun genetik köklərinin və memarlıq planlaşma xarakteristikasının aydınlaşdırılmasını tələb edir. Konkret halda ancaq Yaşıl cami və Göy məscidin planlaşma quruluşunun təkamülünü izləmək, onları tutuşdurmaq yolu ilə Yaxın Şərqin bu məşhur abidələrinin – iki türk memarlıq nümunəsinin paralelliyini və özümlüyünü dəqiqləşdirmək olar.[3] Göy məscid (Təbriz)
    • Cəfər Qiyasi — arxeoloq, memar, ssenarist, kino məsləhətçisi, AMEA-nın müxbir üzvü.
  • Kilsə, məscid və ya sinaqoqda hörmət edilən Tanrı üslubu təbii kainatın üslubundan tamamilə fərqli görünür. Alan Uilson Uots
  • Kim Allah yolunda məscid tikərsə, Allah ona cənnətdə bir ev tikər. Əbu Bəkr
  • Mən tamamilə açıq olacağam, bunlar sadəcə şayiələr deyil. Dinə qayıdış kommunizmin hökm sürdüyü bütün sahələrdə demək olar ki, ümumi bir hadisədir. Əlli-yetmiş il dini vəhşicəsinə sıxışdırıldı. Bosniyada sizin dediyiniz kimi islamlaşma var, amma eyni dərəcədə xristianlaşma da var, yəni Bosniya katolikləri və pravoslavları arasında dinə marağın qayıdışı. Amma xristian Avropa xristianlaşmanı qeydə almır, bu fenomenə həssas yanaşmır, mən bunu başa düşürəm və incimirəm. Sadəcə, sizi düzəltməliyəm, mənim tolerantlığım avropalı deyil, müsəlman mənşəlidir. Əgər dözümlüyəmsə, əvvəlcə müsəlman, sonra isə avropalıyam. Avropanın bəzi yanlış təsəvvürləri var ki, aşkar faktlara rəğmən ondan qurtula bilmir. Bosniyada, məsələn, bu müharibədə yüzlərlə kilsə və məscid dağıdılıb. Onların hamısını "avropalılar", heç birini bosniyalılar dağıdıb. Türkiyə hökuməti heç də "ipək kimi" deyildi, lakin bütün xristian xalqları və onların ən mühüm orta əsr abidələri beş yüz illik türk hökmranlığından sağ çıxdı. Bu bir faktdır. Belqradın yaxınlığında yerləşən məşhur Fruškogorsk monastırları 300 illik türk hökmranlığından sağ çıxsalar da, üç illik Avropa hökmranlığından da sağ çıxa bilməyiblər. İkinci Dünya Müharibəsi zamanı yandırıldılar. Faşizm və kommunizm Asiya deyil, Avropa məhsullarıdır. İndi də Avropa Balkanlarda faşizmin görünməsinə böyük həssaslıq göstərməyib. Mən Avropanı yüksək qiymətləndirirəm, lakin onun özü haqqında çox yüksək fikirdə olduğunu düşünürəm. Aliya İzzetbeqoviç
  • Məscid yanında məscid yaraşmaz. Oğuznamə
  • O müqəddəs torpaqlarda donuzlar gəzməli deyil, Azərbaycan vətəndaşları yaşamalı, dağıdılmış məscidlərdən azan səsi yüksəlməlidir.[4] Babək Səmidli
  • Orta və Kiçik Asiyada, İranda, Volqa boyunda aktiv yaradıcılıq ilə məşğul olan Təbrizin orta əsr memarlıq bəzəyi ustaları, sanki bütün bacarıqlarını Göy məsciddə nümayiş etdirərək kaşı mozaikasının təkamülünü başa çatdırmışlar. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik, əlvanlıq və gözəllik zirvəsidir.[3] Göy məscid (Təbriz)
    • Cəfər Qiyasi — arxeoloq, memar, ssenarist, kino məsləhətçisi, AMEA-nın müxbir üzvü.
  • Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi.[5]
    • Azərbaycan tarixçisi Rzaqulu bəy Mirzə Camal oğlu. "Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri".
  • Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir. İnşaat işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.[6]
    • Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir."Qarabağ tarixi"
  • Sovetlər vaxtında dinə qadağalar qoyuldu. Məscidlər söküldü, alimlər sürgünlərə məruz qaldılar. Buna baxmayaraq İslam dinini aradan apara bilmədilər. Çünki, din o zaman evlərdə və qəlblərdə idi.[7] Vəfa Quluzadə
  • Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha "Böyük" ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi. Abbasqulu ağa Bakıxanov[8][9]

İstinadlar

[redaktə]
  1. http://www.bbc.co.uk/turkce/haberler/2013/10/131021_cami_erdogan.shtml?ocid=socialflow_twitter_bbcturkce Erdoğan: Yol için gerekirse cami yıkarız…]
  2. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 48
  3. 3,0 3,1 Cəfər Qiyasi. Təbriz Göy Məscidi. Qobustan, № 1, Bakı, 1974
  4. "Azərbaycanlı telejurnalist ermənilərlə kütləvi davaya düşdü". ikisahil.az. ikisahil.az. İstifadə tarixi: 22 oktyabr 2021.
  5. Qarabağnamələr. II kitab. B.2006.
  6. Авалов, Элтуран В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: "Элм".
  7. AİP-in 20 illiyi ilə əlaqədar Politoloq Vəfa Quluzadə müsahibə verib
  8. Gülüstani-İrəm, "AzSSR Elmlər Akademiyası nəşriyyatı", Bakı-1951, səh.143–144
  9. A. A/Bakıxanov. Gülüstani-İrəm (Tərcumə edəni M. Əskərli) — Bakı: Minarə, 2000. — səh.52