Məzmuna keç

Nicat



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına ehtiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa. Mənim payım
  • Boş istəklərə uymayın; Həqiqətən, nicat tapan şəhvətdən, tamahdan və qəzəbdən qorunur. Əbu Bəkr
  • Etimada xəyanət edənlər nicat tapmayacaqlar. Çanakya
  • Ey Əli, qiyamət günündə nicat tapanlar, yalnız sən və sənin şiələrindir. Məhəmməd
  • Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Əli bəy Hüseynzadə
  • İctimaiyyətin şikayəti daim fikir fəryadı, ümumi rəy isə hökumətin hökmranlığıdır. Maarifçi xalqlar arasında fikir qaydası necədir? Cəmiyyətin daimi mənafeyi, millətin nicatı və faydalılığı. Qiyom Toma Fransua Reynal
  • Kitabı sevin, o bilik mənbəyidir, ancaq bilik insana nicat verər, ancaq bilik bizi insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi, onun arasıkəsilməz böyük zəhmətinin səmərəsi olan gözəl bəhrələri ürəkdən bəyənməyi bacaran, ruhən qüvvətli, namuslu və ağıllı bir adam edir. Maksim Qorki
  • Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir. Nəriman Nərimanov
  • Quran həmişə fərdiyyətçiliyə, pərakəndəliyə qarşı çıxır. Bir halda ki, müsəlmanlar qardaşdırlar, qardaşların gücü də birlikdədir, həmrəylikdədir. Qarşıya çıxan bütün çətinlikləri yalnız birlikdə aradan qaldırmaqla istənilən məqsədə nail olmaq mümkündür. Biz isə Qurana əməl etmədiyimizə, inanmadığımıza görə ondakı birlik çağırışına da əməl etmirik, birləşmək əvəzinə parçalanırıq, sıralarımız azalır, gücümüz zəifləyir, ayrılıqda heç bir iş görə bilmir, nəticədə, geriləyir, tənəzzülə uğrayırıq. Buna görə də düşdüyümüz vəziyyətdən, fəlakət və əsarətdən, zülm və istibdaddan xilas olub nicat tapmaq üçün birləşməliyik, çəkici zindanın üzərindəki bir nöqtəyə vurmalıyıq, düşüncəmiz də, iradəmiz də bir olmalıdır! Nicatımız, xilasımız birlikdədir! [1] Əhməd bəy Ağaoğlu
  • Sevgi nədir? Bütün dünyada nə insan, nə şeytan, nə də başqa bir şey məndə sevgi qədər şübhə doğurmur, çünki o, digər hisslərdən daha çox ruha nüfuz edir. Dünyada heç bir şey məhəbbət kimi qəlbi bu qədər işğal etməz, bağlamaz. Odur ki, əgər ruhda sevgini ram edən silah yoxdursa, bu nəfs müdafiəsizdir və ona nicat da yoxdur. Umberto Eko
  • Şair müqəddəs parazit olub qədim misirlilərdə pul və ya daş üzərində qazılmış və ya gildən düzəldilmiş müqəddəs böcək şəklinə bənzəyir. O, əxlaqsızlığa düçar olmuş varlı və zəngin cəmiyyətin bədənində nicat tapa bilər. Amma onun eyni zamanda güclü və tərki-dünya cəmiyyətin ürəyində də yeri vardır.[2] Mişel Uelbek

İstinadlar

[redaktə]
  1. "İslam sivilizasiyası və elm:Tarix və müasirlik" mövzusunda konfransın materialları. Bakı, 2019
  2. Mişel UELBEK. Sağ qalma: esselər, şeirlər. Bakı,"Mütərcim". 2010