Pillə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Asudə vaxtdan ağılla istifadə edilməsi, mədəniliyin ən yüksək pilləsidir. Mark Tven
D[redaktə]
- Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm. Əlif Şəfəq
E[redaktə]
- Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. Viktor Hüqo
X[redaktə]
- Xalq müdrikliyi deyir: bir pillə aşağı enmiş hökmdar tezliklə ən aşağı pillədə olacaq. Qay Yuli Sezar
İ[redaktə]
- İnanmaq; pillələrin çıxa bilmədiyi yerə qanadlarınla dırmaşmaqdır. Arif Nihat Asya
K[redaktə]
- Karyeranın eşafota aparan pillələri də var. Stanislav Eji Lets
Q[redaktə]
- Qadınları sevirəm – Allahın yaratdıqları içərisində ən yaxşısı qadınlardır. Əgər qadınlar kişilər kimi olmaq, yəni bir pillə aşağı düşmək istəyirlərsə, nə edək, qoy etsinlər. Mel Qibson
N[redaktə]
- Nərdivana ilk pillədən çıxarlar. Azərbaycan atalar sözləri/N
T[redaktə]
- Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır. Georq Vilhelm Fridrix Hegel