Qaz
Görünüş
(Qaz (quş) səhifəsindən yönləndirilmişdir)
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağılsız baş sahibinə qaz güddürər. Türk atalar sözləri
D
[redaktə]- Dadmamısan qaz ətini, nə bilirsən ləzzətini? Azərbaycan atalar sözləri/D
Q
[redaktə]- Qarğa istəyir min dəfə qarıldasın nə xeyri, qaz bir dəfə qaqqıldayır — yaz gəlir. Azərbaycan atalar sözləri/Q
- Qatarından ayrılan qaz bir topa qarğaya yem olar. Tatar atalar sözləri
- Qaz uçdu, qarğa qondu. Azərbaycan atalar sözləri/Q
- Qaz vur, qazan doldur. Azərbaycan atalar sözləri/Q
- Qonşunun toyuğu qonşuya qaz görünər. Alban atalar sözləri
- Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər. Azərbaycan atalar sözləri/Q
Ö
[redaktə]- Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin. Azərbaycan atalar sözləri/Ö
- Ördək gəlib qaz olmaz, gəlin gəlib qız olmaz. Azərbaycan atalar sözləri/Ö
- Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. Azərbaycan atalar sözləri/Ö
- Ördək öldü — qaz qaldı, sim qırıldı — saz qaldı. Azərbaycan atalar sözləri/Ö
- Ördəkdən qaz yerişi tələb eləmək olmaz. Azərbaycan atalar sözləri/Ö
S
[redaktə]- Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun. Azərbaycan atalar sözləri/S
T
[redaktə]- Toyuq qaz yerişini yerisə, öz yerişini də itirər. Azərbaycan atalar sözləri/T