Məzmuna keç

Rauf Cavad

(RAUF CAVAD səhifəsindən yönləndirilmişdir)
Rauf Cavad
Doğum tarixi 22 mart 1983
Doğum yeri Bakı
Vikipediya məqaləsi

Rauf Cavad (tam adı: Rauf Cavad Rövşən oğlu; 22 mart 1983, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan şairi, yazıçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl, həyatda ən gözəl olanı seçər və insan düzgün düşünməklə əsil həqiqətin sevgi çalarlarından ibarət olduğunu anlar.
  • Dahilik, düşncənin yüksək mərtəbəsidir. Hər bir insan dahilik məqamına yüksəlmək istər. Lakin dahi olmaq üçün ali düşüncə ilə yanaşı xeyirxah əmələ də sahib olmaq mütləq gərəkdir. Əgər dahiliyi bir cümlə ilə ifadə edəsi olsaq, anlarıq ki, dahilyin əsas özəlliyi, insanların və canlıların “sevinc və kədərini” və xüsusən də “ağrı və acısını” duyub onlara qarşı mehriban və yardımçı olmaqdır. Məhz bu önəmli səbəbi, cəmi bəşəriyyət hələ də anlamadığı üçün cılız düşüncəsi ilə naqis qalmaqdadır.
  • Düşünmək, düşüncənin var olma səbəbidir. Düşünüb susmaq, danışmaq, dinləmək və görmək , düşünmək üçün düşünür ki, insanlığa xidmət etsin və cəmiyyətə yararlı və faydalı olsun.
  • Düşünüb yazılan dəyərli hər bir fikri sətirlərdən silmək çox asandır. Lakin düşünülməmiş fikrə izah yazmaq çox çətindir.
  • Əsil həyat ümid ilə başlar, sevgi ilə bitər.
  • Əgər sevginin surətini şəklini çəkmək olsaydı, bütün ağ vərəqlərdə olan qara ləkələri al-qırmızı rəngə boyayardım.
  • Həyat o zaman gözəlləşir ki, insan sevir.
  • İnsan iki dəfə dünyada doğular. Birinci dəfə "Anadan" olduğu zaman. İkinci dəfə isə "Özünü" anladığı an.
  • Təbiət, insanın üz surətində əksini tapmışdır. Ətrafımızda görünən və görünməyən bütün gözəlliklər də insan təbiətinin təzahürüdür ki, ümid və sevgi ilə bəzənmişdir.
  • Yaradıcılıq, insanın fitrətindədir. Yaradıcılığın əsas özəlliyi isə bütün qəlblərdə sevgi toxumunu əkməkdir!

İstinadlar

[redaktə]