Məzmuna keç

Saray



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aşpazlıq sənətini atasından və babasından öyrənən saray aşpazı, yemək bişirməyin incəliklərini yaxşı bilməli, dadlı yeməklər hazırlamalı, səliqəli və dürüst olmalıdır. Çanakya
  • Bir zamanlar güclü insanların qalıqları Afrikanın barbar orduları arasında itdi; xalq olmağı dayandırdılar; səkkiz əsr ərzində fərqli və şərəfli bir dövlət qursalar da, oözlərindən sonra bir ad belə qoymadılar. Seçdikləri ölkə, sevimli evləri, qəsb edənlər istisna olmaqla, onları tanımaqdan imtina edir. Yüksək qayaların nöqtələri bəzi böyük daşqınların miqyasını göstərdiyindən, yalnız xarabalığa çevrilmiş bir neçə bina öz qədim gücünü təsdiq edir: Əlhambra, qotik binaların ortasındakı bu şərq sarayı, bu cəsur, ağıllı insanların zərif abidəsidir; mehriban, zəfər çalan, hakim olan və yoxa çıxan.
    • Vaşinqton İrvinq "Ərəblərin İspaniyada hökmranlığı haqqında düşüncə" (1832), Elhamra Nağılları , Vaşinqton İrving , ed. H. Fournier, 1832, t. 1, s. 83-84
  • Bütövlükdə İranda, xüsusən sarayda, böyüklər və əyanlar arasında daha çox türkcə danışılır, nəinki farsca... Türkcə danışmağın səbəbi bu deyil ki, iranlılar ona fars dilindən daha artıq dəyər verirlər. Əsas səbəb budur ki, bütün qoşun əslən türk olan qızılbaşlardan təşkil olunmuşdur. Şahın müxtəlif tayfalardan olan qulamları da daha çox türkcə danışırlar və farsca bilmirlər. Buna görə də nəinki əmirlər qoşuna aid məsələləri türkcə çatdırırlar, hətta vaxtının çox hissəsini əcgərlər arasında keçirən şahın özü də dediklərinin başa düşülməsi üçün türkcə danışır. Nəticədə bu dil bütün sarayda, qadınlar və digərləri arasında geniş yayılmışdır.
    • Petra della Valle 18 dekabr 1617-ci il tarixdə İsfahandan dostu Mario Eskipanoya yazdığı məktubdan:
  • ...Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.[1] Engelbert Kempfer
  • Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır. Fyodor Dostoyevski
  • Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir. Heydər Əliyev
  • Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk (Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır.[2]Jan Şarden
  • Gəncə şəhəri Şamaxıdan 50 lye məsafədədir, dörd dəfə Şamaxıdan böyükdür, onda daş binalar çoxdur, əksəri iki mərtəbəlidir, qəşəng bazarları və böyük karvansaraları, valinin böyük və geniş sarayı var. Şəhər ərazisindən gözəl çay axır, orada çoxlu bağlar, yaxşı şərab və bol meyvə var. Belə ki, şəhər Şərqin ən əhəmiyyətli şəhərlərindən biri sayıla bilər. Bu məlumatları mənə həmin şəhərdə yaşayan fransız missioneri və bir neçə gürcü vermişdir.[3] Korneli de Bruin
  • Gülüş dolu koma darıxdırıcı saraylardan daha zəngindir. Çin atalar sözləri
  • Xoşbəxtlik koması cah-calallı soyuq saraydan daha yaxşıdır və harada sevgi varsa, orada hər şey var. Çarlz Dikkens
  • Xoşbəxtlik, qapıları əjdahalar tərəfindən qorunan nağıl sarayları kimidir. Onlara sahib olmaq üçün mübarizə aparmaq lazımdır. Aleksandr Düma (ata)
  • Komaların bədbəxt olduğu yerdə saraylar təhlükəsizlikdə ola bilməz. Benjamin Dizraeli
  • İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
  • Mən sarayda anadan olmuşam, siz də nəcib bir ailədənsiniz, bəs bu kötüyü kim kəsəcək? Bask atalar sözləri
  • Paj institutunu ( paj-orta əsrlərdə saraylarda xidmət edən zadəgən nəslindən oğlan) mən onunla izah edirəm ki, nüfuzlu knyazlar saraylarında öz vassallarının oğlanlarını girov kimi saxlayırdılar. Artur Şopenhauer
  • Saray müəlliminin elmin bütün sahələrindən məlumatı, inandırmaq bacarığı olmaqla bərabər, gözəl natiq, soyuqqanlı, daxilən və zahirən saf bir insan olmalıdır. Çanakya

İstinadlar

[redaktə]
  1. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi: S. Əliyarlı), Bakı,2007, səh. 169-170
  2. Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947
  3. ganja-ih.gov.az. "Coğrafi mövqeyi" (azərb.). İstifadə tarixi: 2020-03-16.