Məzmuna keç

Sevgili



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir yoldaşdan sevgili ola bilər, lakin sevən bir ürək əsla unutmaz. Və buna görə sevgilidən yoldaş olmaz. Can Dündar
  • Eşitdim ki, böyrəyində daş varıymış, sevgilim. Ürəyindən düşmüşdür. Kiçik İsgəndər
  • Əgər iki sevgili hirslə ayrılıbsa demək onları çox yaxın münasibətlər bağlayırmış. Pol Valeri
  • Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil. İbn Ərəbi
  • Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir. Lev Tolstoy
  • Gözəlsən sevgilim, amma çox yaxından. Camal Sürəya
  • Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz. David Lavrens
  • Həqiqət, sevgili Pilat, Tanrıdır və həqiqəti axtaran hər kəs Tanrını axtarar və tərifləyər. Tanrı harada yaşayır? başında; başqa harada yaşaya bilər ki? Maks Ştirner
  • Kitablar mənim sevgili dostlarım, gerçək yol göstərənimdirlər. Çünki ikiüzlülük etməzlər. Alfons Dode
  • "Mənim sevgilim" adlandırdığın insan "səninlə özünü yaxşı hiss edən" deyil, çox insanlar səninlə özünü yaxşı hiss edə bilər. Erix Mariya Remark
  • Mənim söz xəzinəm çox genişdir, deyərdim. Sənin bir sözünə çata bilmədim; "Get" nə deməkiydi sevgilim? Nazim Hikmət
  • "Off dodağım ağrıyır"-dediyimdə, "Öpüm də keçsin" -deyən sevgili. "Ürəyim ağrıyır" — dediyimdə çəkib getdi. Özdəmir Asaf
  • Oğlanla qız heç vaxt dost ola bilməz. Əgər dost olmağa razılaşsanız sevgili olacaqsınız. Ayrılanda isə heç vaxt dost ola bilməzsiniz. Corc Bayron
  • Sevgili, axtarıb da tapdığın biri deyil, heç ağılında yoxkən aşiq olduğun adamdır. Can Yücəl
  • Sevgili aşiqin qəlbindədir. Fəqət aşiq sevgilinin özündə olduğunu bilməz, onu yenə kənardakı sevgili vasitəsilə tanıyar. İbn Ərəbi
  • Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı! Can Yücəl
  • Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır. Koko Şanel
  • Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır. Əbu Turxan
  • Səndən ötrü sevirəm səni, ey sevgilim… Elə ki, qısqanclığıma görə öz gözümlə də dost deyiləm… İskəndər Pala
  • Son siqaretim kimi idin sən sevgili, qıya bilməzdim çəkməyə.. O cibimdə qırıldı, sən ürəyimdə. Yılmaz Ərdoğan
  • Söylə mənə sevgilim, ilk nə vaxt anladın məni sevdiyini? Alfons Alle