Yavaş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aslan qeyzlə cumar, yavaş yapışar. Qırğız atalar sözləri
- Azadlıqlar ümumiyyətlə birdən deyil, yavaş-yavaş itirilər. Devid Yum
B
[redaktə]- Bir hökmdar, cəzalandırarkən yavaş, mükafatlandırarkən sürətli olmalıdır. Ovidi
- Bütün hallarda rəzalətlərdən, onunla məşğul olanlardan qaçmaq lazımdır, kiçik səhvlərə göz yummamalı, onların təkrarına qətiyyən yol verməməlidir, çünki belə kiçik qəbahətlər yavaş-yavaş böyük cinayətlərə səbəb olar. Nəsirəddin Tusi
C
[redaktə]- Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir. Lus Boll
Ə
[redaktə]- Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. Mirabo
- Ədalətin dəyirmanı yavaş dönər, lakin yaxşı dönər. Corc Herbert
İ
[redaktə]- İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasaydı, daha xoşbəxt olardı. Mark Tven
N
[redaktə]- Necə qəribədir ki, bir cəmiyyət olaraq, ağlı yavaş olana deyil, ayağı yavaş olana; ürəyi kor olana deyil, gözü kor olana yazığımız gəlir. Cübran Xəlil Cübran
- Nə qədər yavaş getdiyiniz önəmli deyil, əsas odur ki dayanmayasınız. Konfutsi
S
[redaktə]- Səhər yavaş - yavaş açıldığı kimi, həqiqət də yavaş-yavaş aydınlaşar. Amxar atalar sözləri
T
[redaktə]- Tənbəllik o qədər yavaş hərəkət edir ki, yoxsulluq çox keçmədən gəlib ona çatır. Bencamin Franklin
U
[redaktə]- Uşaq olanda tez böyümək istəyirik, böyüyəndə isə uşaqlığımız üçün darıxırıq. Qocalanda həyatı yavaş-yavaş öyrənir və ondan həzz alırıq. Kamal Sunal
Y
[redaktə]- Yavaş gedərsən - mənzilə yetərsən. Monqol atalar sözləri
- Yavaş-yavaş yesən, tikanı da yemək olar. Malayal atalar sözləri
Z
[redaktə]- Zaman sürətli axır. Hazırda Eynşteynə qarşı içimdə narazıçılıq hissi baş qaldırıb. Zamanın sürətli və ya yavaş axması duyğulardan asılıdır. Nisbilik nəzəriyyəsi romantikdir. Amma eləcə də kədərli. Steins;Gate, Yaponiya vizual romanı və animesi.