Zəruri

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bir din, sonsuz və mütləq bir qəti həqiqəti təcəssüm etdiyi iddiası ilə bir elmi nəzəriyyədən fərqlilik göstərərkən, elm isə daima təcrübəyə söykənir, indiki nəzəriyyələrin tez ya da gec yenidən biçimləndirilməsini zəruri hesab edir və metodunun məntiqi bir bütün ilə son nəticəyə çatmasında yetərsiz olduğunu dərk edir. Bertran Rassel
  • Bir nəfərdən soruşdular: ən başlıca adam kimdir, ən əsas zaman hansıdır və ən zəruri iş nədir? O cavab verdi ki, ən başlıca adam bu anda ünsiyyətdə olduğun şəxsdir, ən mühüm zaman hazırda yaşadığın zamandır və ən zəruri iş - bu məqamda ünsiyyətda olduğun adama yaxşılıq etməkdir. Lev Tolstoy

E[redaktə]

  • Elə alçaq bir qapıdır ki aclıq, keçmək zəruri olan kimi, insan nə qədər böyükdürsə, o qədər çox əyilir. Viktor Hüqo
  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
  • Elm insan həyatında ən zəruri, ən gözəl və ən vacib şeydir. Anton Çexov

Ə[redaktə]

  • Əgər ölkəmə faydalı olacaq, digər ölkələri məhv edəcək bir şey bilsəm Şahzadəmə təklif etmərəm; Çünki mən öncə bir insanam, sonra bir Fransızam. Mən zəruri olaraq insan doğuldum və təsadüfən Fransız oldum. Şarl Lui Monteskyö

H[redaktə]

  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat

M[redaktə]

  • Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığa səbəb olur. Platon
  • Musiqidə ən zəruri, ən çətin və ən vacib şey zamandır. Volfqanq Amadey Motsart

R[redaktə]

  • Riyaziyyatdakı ən böyük irəlləmələrin bəziləri daha sonra açıqlanması zəruri hala gələn kiçik simvolların icadıyla olmuşdur; mənfi işarəsindən bütün mənfi halların nəzəriyyəsi çıxmışdır. Oldos Haksli

T[redaktə]

  • Tarix inkişafın başlıca amili, tərəqqini təmin edən ziddiyyətlərdir. İnsan həyatı üçün zəruri olan bütün dəyərləri qazanmaq insanın özünün xüsusi işidir. İmmanuel Kant

Ü[redaktə]

  • Üç yüz milyonluq bir xalq, yüz min ingilisi kitaba salmaq üçün zor tətbiq etməkdən utanmalıdır. Onları ölkədən qovmaq üçün bizə silah gücü deyil, iradə gücü lazımdır. Əgər biz iradə qüvvəsini inkişaf etdirsək, silah gücünə ehtiyacımız olmadığını görərik. Ona görə də qeyd etdiyim məqsədlər üçün zorakılığın qəbul edilməsi milli varlığımızın ən təbii və ən zəruri şərtidir. Bu, bizə korporativ fiziki gücümüzü indi olduğu kimi, hər bir tərəfin səydən sonra tükəndiyi faydasız bir qardaş qırğınında dağıtmaq əvəzinə, daha yaxşı bir məqsəd üçün istifadə etməyi öyrədəcək. Və hər silahlı üsyan millət tərəfindən dəstəklənməyincə çılğın bir hərəkət olmalıdır. Amma demək olar ki, hər hansı bir əməkdaşlıq etməmək millətin tam dəstəyi ilə bir damcı qan tökmədən məqsədə çata bilər. Mən “quldurlar, oğrular və ya Hindistanı işğal edə biləcək xalqlarla münasibətdə zorakılıqdan qaçın” demirəm. Ancaq bunu daha yaxşı bacara bilmək üçün özümüzü cilovlamağı öyrənməliyik. Ən kiçik bir bəhanə ilə tapançanı götürmək gücə yox, zəifliyə işarədir. Qarşılıqlı yumruqlar zorakılıq deyil, həyasızlıq təlimidir. Mənim zorakılıq etməmə üsulum heç vaxt güc itkisinə səbəb ola bilməz, ancaq bu, təkbaşına, əgər millət istəsə, təhlükə zamanı nizam-intizamlı və birgə zorakılıq təklif etməyə imkan verəcək. Mahatma Qandi

Z[redaktə]

  • Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. Avreli Avqustin