Ziyafət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çoxlu iniltilər və xırıltılar ilə əhatə olunmuş palatada ölməyin nə faydası var? O iyirmi yeddi min nəfərlə ziyafət vermək və zəhər götürüb skripkaların sədaları altında sevimli sərxoş qızların və xoşbəxt dostların əhatəsində o biri dünyaya getmək daha yaxşı olmazdımı? Mixail Bulqakov
D
[redaktə]- Dəbdəbə pis olsaydı, tanrıların ziyafətləri də olmazdı. Aristipp
- Dostsuz ziyafət də adamı darıxdırır. Udmurt atalar sözləri
H
[redaktə]- Hər şey uğursuz olduqda, ziyafət təşkil edin! — Yucin Valter
- Həyat tamaşa və ya ziyafət deyil; çıxılmaz vəziyyətdir. Corc Santayana
İ
[redaktə]- İnsan həm ziyafət edə, həm də zəngin ola bilməz. Aşanti atalar sözləri
Q
[redaktə]- Qohumlarını ziyafətə çağıran adam onları acından xilas etmək üçün bunu etməz. Çinua Açebe
Ö
[redaktə]- Öyünən qız ziyafətdə rüsvay olacaq. Özbək atalar sözləri
P
[redaktə]- Perikl bütün həyat tərzini dəyişdirdi. Bütün şəhərdə onu yalnız bir yolda – Meydan və Şuraya gedən yolda görmək olurdu. O ziyafətlərə dəvətlərdən və bu üsulla olan qısa dostluq münasibətlərindən imtina etmişdi. Belə ki, o öz uzun siyasi karyerası ərzində heç bir dostunun yanına nahar etməyə yollanmadı. Yalnız qohumu Evriptolemin toyu zamanında keçirilən ziyafətdə yerə şərab tökülənə kimi qatılmışdı, şərab tökülən kimi də dərhal stol ətrafından qalxdı. Plutarx