İnstinkt

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ana instinkti sayəsində qadın birinci dərəcəli kişinin yüz səhmindən bir səhminə malik olmağı, ikinci dərəcəli kişiyə aid bütün səhmlərə malik olmaqdan üstün tutur. Corc Bernard Şou
  • Azadlıq hissini itirənlər - sürü instinkti qazananlardır. Rahid Ulusel

B[redaktə]

  • Bir cismə yönəlmiş sevgi instinkti həmin cismi qazanmaq üçün gücü zəruri edir. Əgər insan müvafiq cismi idarə edə bilməyəcəyini hiss edib qorxsa, bu dəfə onunla pis davranmağa başlayacaqdır. Ziqmund Freyd
  • Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünü qoruma instinkti var. Tur Xander

İ[redaktə]

  • İnsan ruhunda dərin yuva salan hansısa ölməz instinkt — bu, sadəcə, gözəlik hissidir. Edqar Allan Po
  • İnsanlar da ilk növbədə instinktə tabe olaraq hərəkət edirlər və sonra ağılın dəlillərinə tabe olurlar. Teodor Drayzer

Q[redaktə]

  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir. Onore de Balzak
  • Qadınlar predmetlərə dair heyrətamiz instinktə sahibdirlər. Belə ki, onlar aşkar olanın xaricində hər şeyi kəşf edə bilirlər. Oskar Uayld
  • Qısqanclıq insan azadlığı ilə əlaqəli deyil. Qısqanclıqda bir mülkiyyətçilk və hökmranlıq instinkti var, amma alçalmış bir vəziyyətdə. Sevgi hüququnu qəbul etmək, qısqanclıq hüququnu ideallaşdırmaq yox, inkar etmək lazımdır...Qısqanclıq, insanın insana zülmüdür. Ən iyrənc qısqanclıq isə qadını zəhərli ilana çevirən qadın qısqanclığıdır. Vissarion Belinski

M[redaktə]

  • Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir. Corc Soros

N[redaktə]

  • Nəfs instinktdən başlayır, əqldə bitir. Tur Xander

U[redaktə]

  • Uşaqlığı sevin; onun oyunlarını, əyləncələrini, sevimli instinktini mükafatlandırın. Dodaqlarınızda həmişə gülüş, ruhunuzda sakitlik olduğu bu çağlar barədə bəzən təəssüflənməmisiniz? Jan Jak Russo

Y[redaktə]

  • Yenilməz instinkt onları asılmış vəzyiyyətdə, günbəgün, həftədən həftəyə gələcəksiz bugünlərini çəkib sürüməyə vadar edirdi. Hava tükənməyincə ağ ciyərlər növbəti nəfəsi özünə çəkdiyi kimi… 1984

İstinadlar[redaktə]