Əbədiyyət

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Anın küyü əbədiyyət nəğməsi üzərində qəhqəhə çəkir. Rabindranat Taqor

B[redaktə]

  • Bir müəllim əbədiyyətə hökm edən insandır. Henri Bruks Adams
  • Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir. Əbu Turxan
  • Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul! Şeyx Ədabali
  • Bütün indiki zaman – əbədiyyət anıdır. Mark Avreli

D[redaktə]

  • Dünyəvi sevinclər yalnız əbədiyyət qarşısında bizi gözləyən bir andır. İbn Sina

Ə[redaktə]

  • Əbədiyyət haqqında düşünənlər bu həyatın çətinliklərində asanlıqla rahatlıq tapacaq və artıq boş, qısa və keçici anlardan qorxmayacaqlar. Frensis de Sales
  • Əbədiyyət qazanmaq istəyirsənsə, cəsarətli ol. Vergili
  • Əbədiyyət: yaranışdan bəri sənə məxsus olan Anın Tarixi. Rahid Ulusel
  • Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Əbu Turxan

G[redaktə]

  • Gilyotin - Əbədiyyət mənzərəsi olan kiçik pəncərə. Adrian Dekursel

İ[redaktə]

  • İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.. Andre Morua

M[redaktə]

  • Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər. Əbu Turxan

İstinadlar[redaktə]