Alət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər. Azərbaycan atalar sözləri/A
D
[redaktə]- Din və məzhəb heç bir zaman siyasət aləti kimi istifadə edilə bilməz. Mustafa Kamal Atatürk
- Dünya hikmətdir, axirət isə qüdrət. Hikmət alət və səbəblərə ehtiyacı vardır, qüdrətin isə ehtiyacı yoxdur. Əbdülqədir Geylani
Ə
[redaktə]- Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək. Lütfi Zadə
- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
- Əgər mən başqalarının mənə alət düzəltməyini gözləsəydim, heç vaxt heç nə edə bilməzdim. İsaak Nyuton
- Əgər uçmaq üçün insanın ruh deyilən bir aləti varsa, o zaman uçan maşının nə mənası? Salvador Dali
- Əsl insan başqasının əlində alət ola bilməz. Teodor Drayzer
H
[redaktə]- Həkimlər nadir hallarda özləri özlərini müalicə edir, ruhani əsabələr xütbələrini həmişə yerinə yetirmir, qanunşünaslar isə öz təşəbbüsləri ilə qanunla dolaşığa düşməyi sevmirlər, bilirlər ki, bu kəskin alət etibarsızdır, istifadə vaxtı böyük xərclər tələb edir və çox vaxt layiq olanları yox, layiq olmayanları təmizləyir. Çarlz Dikkens
Q
[redaktə]- Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür. Frans Kafka
M
[redaktə]- Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. Anri Puankare
- Müəllim dedi: “Nəcib insan alət deyil”. Konfutsi
- Mühakimə etmək üçün Allahın ixtiyarında min cür üsul var. O, ən kiçik alətdən belə istifadə edə bilər. Jül Vern
- Mülkiyyət, yarandığı ilk gündən təsiri altında olanlar üçün istismar aləti və vasitəsi olmuşdur. Jan Jak Russo
T
[redaktə]- Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır. Vissarion Belinski