Aldatmaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acgöz və hiyləgər insanları aldatmaq çox asandır.Çanakya
- Aldadılmanın ən yaxşı yolu, özünü hər kəsdən hiyləgər sanmaqdır.Fransua de Laroşfuko
B
[redaktə]- Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
- Bir adamı həmişə aldatmaq olar, bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin bütün xalqı daim aldatmaq olmaz. Avraam Linkoln
- Bütün dünyanı aldatmaq istəyirsənsə, həqiqəti söylə. Otto fon Bismark
F
[redaktə]- Fərqinə varmadan başqalarını aldatmaq nə qədər çətindirsə, fərqinə varmadan özünü aldatmaq o qədər asandır. Fransua de Laroşfuko
İ
[redaktə]- İnsanları aldatmaq onları güldürməkdən çox asandır. Molyer
K
[redaktə]- Köpəyi aldatmaq asan deyil, adamı lap betər. Madaqaskar atalar sözləri
M
[redaktə]- Məktəblilər böyükləri aldatmaq istəyəndə möcüzələr yaratmağa qadirdilər.. Edqar Allan Po
Ö
[redaktə]- Öz xeyriniz üçün özünüzü aldatmaq, başqasının xeyrinə yalan danışmaq saxtakarlıq, zərər vermək üçün yalan danışmaq böhtandır və bu, yalanın ən pis zərəridir. Jan Jak Russo
- Özü-özünü aldatmaq pis şeydir. Çünki, aldadıcı həmişə aldadılanın yanında olur.Platon
Ş
[redaktə]- Şeytanı aldatmaq günah deyil. Daniel Defo
- Şöhrətpərəstlik bütün dövrlərdə insanları aldatmaq üçün ictimai rifah və ya din donu geyinib. Pyer Büast
Y
[redaktə]- Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. İtalyan atalar sözləri