Alver
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azadlığı ilə alver edən millət hər şeyini itirməyə məhkumdur. Moris Meterlink
B
[redaktə]- Bazarda məzəndə yuxarı olanda alverçi həyasını satar. Başqırd atalar sözləri
- Bir qadın kişinin yanında gözlərini bağlayırsa aşiq Olur, kişi gözlərini bağlayırsa, qadın alver edir. Bob Dilan
- Borcunu ödəməmək qərarıyla alver edən üçün, qiymətin əhəmiyyəti yoxdur. Miqel de Servantes
D
[redaktə]- Danışarkən və alver vaxtı bacardıqca and içmə. Mir Möhsün Nəvvab
E
[redaktə]- Elmdən alver məqsədilə istifadə etsəniz, bütün elm aləmini təhqir etmiş olarsınız. Con Qay
M
[redaktə]- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir. Harold Laski
N
[redaktə]- Nağd alverdən ətir iyi gələr. Azərbaycan atalar sözləri/N
- Namusu ilə alver edən varlanmaz. Lyuk de Klapye Vovenarq
O
[redaktə]- Ortaqlığın hüsnü ona deyilir ki, alverdə, xərcdə bərabərliyə riayət edilsin, başqalarının hüququ tapdalanmasın, minnət və üzrə yer qalmasın. Nəsirəddin Tusi
Ö
[redaktə]- Özüm üçün yazıram deyənlərə inanmayın. Özünüz üçün yazdığınız ancaq alver siyahısıdır. Umberto Eko
Y
[redaktə]- Yalanla alver edən hər kəsin ara yerdə doğru əlindən çıxır. Xausa atalar sözləri
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015