Axur
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- At almamış axur çəkmə. Azərbaycan atalar sözləri/A
- At oğurlanandan sonra axur nəyə gərək. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bir axurdan at da yeyər, eşşək də. Azərbaycan atalar sözləri/B
İ
[redaktə]- İki eşşək bir axurdan arpa yeməz. Azərbaycan atalar sözləri/İ
K
[redaktə]- Keçi axurda yatar. Azərbaycan atalar sözləri/K
N
[redaktə]- Naxıra gedirəm - çoban olmaz, axura gedirəm - saman. Azərbaycan atalar sözləri/N
Ö
[redaktə]- Öküz taxta çıxsa padşah olmaz, saray axur olar. Çərkəz atalar sözləri
Y
[redaktə]- Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[1] Cəfər Sadiq
İstinadlar
[redaktə]- ↑ Tuhəful-Uqul, səh.373