Bazar
Görünüş
Bazar (fars. بازار) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaqlar bazara getməsəydi çürük mallar satılmazdı. İspan atalar sözləri
- Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bazar insan həyatıdır, həyat isə insan bazarı. Baba Pünhan
- Bazarı görünməz bir əl əlaqələndirir. Adam Smit
- Bazarın bazar, qadam sənə mərdumazar! Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Bu, bizi nə qədər əsəbiləşdirsə də, məncə, cəmiyyətimizdə hökumətin müdaxilə etməli və insanlara ən çətin problemləri ilə bağlı kömək etməli olduğu vaxtlar olduğunu başa düşməliyik. Bizim, sistemin özünə zərər vermədən azad bazar sisteminin risklərini azaltmağa kömək etmək üçün proqramlara ehtiyacımız var. Düşünürəm ki, onlar sizin sağ qalmağınız üçün lazımdır. Şübhəsiz ki, küçədəki adamların inandığı və israr etdikləri hüquqlar və təminatlar bizim biznesləri tam ifadə azadlığı ilə idarə etməyimizə müəyyən dərəcədə mane ola bilər. Eyni zamanda bu hüquqlara məhəl qoymayan və ya inkar edən iş adamları da var. Onlar öz meyarlarını belə əsaslandırırlar ki, əgər biz hökumətin müdaxiləsini qəbul etsək, bütün azad sahibkarlıq sistemi təhlükə altına düşəcək. Fikrimcə, iş adamlarının qaçmağa çalışdığı dövlət müdaxiləsinə yol vermək zərurətdir. Çünki biz, iş adamları, israr etsək ki, azad sahibkarlıq sistemi bizə insanların dəyər verdiyi şeylərə biganə qalmağa imkan verir, o zaman insanlar təbii olaraq belə bir nəticəyə gələcəklər ki, azad sahibkarlığın həddindən artıq azadlığı var.[1] Tomas C. Uoltson
Ç
[redaktə]- Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
Ə
[redaktə]- Ədəb bazarda satılmaz… Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
H
[redaktə]- Hər hansı şəhərin bəzəyi beş şeydir: müzəffər şah, ədalətli hakim, zəngin bazar, mahir təbib və bol suyu olan çay. Şapur xan
M
[redaktə]- Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
Ö
[redaktə]- Örtülü bazar, dostluğu pozar. Azərbaycan atalar sözləri/Ö
İstinadlar
[redaktə]- ↑ Roberts, Dale L. Motivasion Sitatlar: Sizi yüksəltmək, həvəsləndirmək və gücləndirmək üçün 646 ilhamverici sitatlar . Tərcümə edən: Ana Rosa Qomez Obregon. Publisher Babelcube Inc., 2018. ISBN 9781547509898.