Boşluq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl da təbiət kimi boşluq sevmir. Viktor Hüqo
- Allah barmaqlarımızın arasında boşluq buraxdı. Bizim üçün yaradılan o insan gəlib o boşluğu doldursun deyə. Əziz Nesin
B
[redaktə]- Bir xeyirxah işi o biri xeyirxah işlə elə yanaşı qoymaq lazımdır ki, onlar arasında heç bir boşluq yaranmasın. Mən bunu həzz almaq adlandırıram. Mark Avreli
G
[redaktə]- Gerçək dəyər; gəlməsi boşluq dolduran deyil getməsi boşluq yaradandır. Özdəmir Asaf
H
[redaktə]- Hər şey boşluqdan, forma isə qatılaşdırılmış boşluqdan ibarətdir. Albert Eynşteyn
- Həyat, zamanda iz buraxmaz. Bir boşluğa düşərsən bir boşluqdan; toplanıb yenidən qalxmaq üçün.. Əldə var hüzn. Attila İlhan
İ
[redaktə]- İstənilən boşluq nə iləsə doldurulacaq. Haruki Murakami
L
[redaktə]- Lixtenberq dedi: “Baş kitab ilə toqquşduqda yaranan boşluq səsi hər zamanmı kitabdan gəlir?” Artur Şopenhauer
M
[redaktə]- Mənim adım Salvador Xilaskardır. Çünki, mənim vəzifəm dözməyə məcbur olduğumuz təhlükəli texnikalar və bacarıqsızlıq dövrlərində incəsənəti boşluqdan xilas etməkdir. Salvador Dali
N
[redaktə]- Nəbzini boşluqda sayan bir gecə. Nazim Hikmət
T
[redaktə]- Təbiət boşluğa dözmür. Latın atalar sözləri
Ü
[redaktə]- Ümidin öldüyü yerdə boşluq yaranır. Leonardo da Vinçi
Y
[redaktə]- Yalnız doğurlu ağıl yalan və illüziyaların öhdəsindən gələ bilər. Yalnız doğurlu ürək nifrət zəhərinə dözə bilər. Zamanın əvvəlindən zülmət boşluqda çiçəklənirdi, lakin o həmişə təmiz işığın qarşısında geri çəkilir. Bu işığı gözlə və o gələcək. Avatar: Aanq haqqında əfsanə
- Yaşlı öləndə evdə, cavan öləndə qəlbdə boşluq yaranır. Avar atalar sözləri