Məzmuna keç

Cəllad



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azərbaycan istiqlal və cümhuriyyət fikrinin keçici bolşevik istilasının yakıcı qüvvələriylə qəhr olunacağını zənn edirsiniz. Bakının hərarətli torpağıda kök salmış müqəddəs Quzğun dənizinin (Xəzər dənizinin) dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi, Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə bolşevik cəlladları o dərəcədə acizdirlər: bir quzey rüzgarının zərbəsiylə dalğalanan Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də rüzgar keçib, dəniz düzgün bir hal alanda, sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl burnunu aydınlatsın![1]Məhəmməd Əmin Rəsulzadə

B[redaktə]

  • "Başını dik tut" - deyə cəllad ilgəyi məhbusun boynuna keçirdi. Stanislav Eji Lets
  • Boğazdan asılanın evində kəndirdən danışmazlar. Bəs cəlladın evində necə? Stanislav Eji Lets
  • Bu gün də qəzəbimi boğaraq bu sözləri yazanda Xatın qatillərinin siyasi varisləri günahı tanımağa, əsl qatilləri müəyyənləşdirməyə və beləliklə də heç olmasa əllərini yumağa cəsarət edə bilmirlər. Xatın qurbanları son anlarını gizlədən və ailələrə açıq və açıq şəkildə onların xatirəsini yad etmək hüququ verməyən yalanı ləkələməkdə davam edirlər. Çox güman ki, hələ də sağ qalan cəlladları işlə təmin edən və ya onlara təqaüd verən Sovet hökuməti indi qan içində olan Xatın torpağında xatirə abidəsi ucaldır. Bununla belə, o, hadisələrin qurbanları təhqir edən versiyasını dəstəkləməkdə davam edir: o, kütləvi qətlin əsl tarixini saxtalaşdırır. Zbiqnev Bjezinski
  • Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar. Fridrix Nitsşe

C[redaktə]

  • Cəlladı məzəmmət etdilər ki, o bütün siyasi quruluşlarda cəlladlıq edib və sonralar əvvəl sərəncamı ilə edamları yerinə yetirdiyi şəxslərin özlərini edam edib. Cəllad deyir: Siyasi baxışların mənə dəxli yoxdur. Mən qarşımda yalnız insanı görürəm. Stanislav Eji Lets
  • Cəlladın baltası ilə odun doğranmır. Viktor Radionov
  • Cəlladın müstəbiddən bir əsaslı fərqi var: cəlladlar caniləri öldürür, müstəbidlər isə günahsızları. Antisfen

Ç[redaktə]

  • Çıxmağıma kömək edin. Enəndə, necə olsa da, yalnız qalacam. (Edam kürsüsünə çıxarkən cəllada dediyi son sözü) Tomas Mor

E[redaktə]

  • Elm, hətta İncil bizə təvazökarlığı öyrədir. O, heç nəyə yuxarıdan aşağı baxa bilməz, üstünlüyün nə demək olduğunu bilmir, heç nəyi xor görmür, heç vaxt poza xatirinə yalan danışmır, naxışçılıqdan heç nəyi gizlətmir. O, bir müstəntiq kimi, bəzən bir həkim kimi, heç vaxt cəllad kimi, daha az düşmənçilik və istehza ilə faktların qarşısında dayanır. Gertsen
  • Ermənlərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar.
    • Fransız alimi de-Ban Eçmiədzin kilsəsinə səfəri haqqında.

H[redaktə]

M[redaktə]

  • Mən hakim yox, cəllad olsaydım daha yaxşı yatardım. Jak Deval
  • Mən sənin dilinə dəymirəm, cəllad,
    Gəl sən də bu ana dilimə dəymə,
    Sənin də bağın var, gülün var, çəkin,
    Bağıma əkdiyim gülümə dəymə. Süleyman Rüstəm

R[redaktə]

  • Respublika əsgərlərə vətəndaş olmağa imkan verir, despotizm onları cəllad edir. Pyer Büast

S[redaktə]

  • Səhv sizi cəllada təhvil verə biləcəyi bölgələrdə fəlsəfə məşqlərinizə başlamayın. Qeorq Kristof Lixtenberq

İstinadlar[redaktə]

  1. "Məhəmməd Əmin Rəsulzadə - Əsrimizin Siyavuşu" (PDF) (azərb.). 23 noyabr 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib.