Hərislik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bəzi adamlarda pul toplamaq hərisliyi yaranır və bu hərislik insanı pulun sahibinə deyil, əsirinə çevirir. Ralf Uold Emerson
- Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul! Şeyx Ədabali
- Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir. Türkmən atalar sözləri
H
[redaktə]- Hərislik bir qayığın yelkənini şişirdən küləyə bənzər. Çox olarsa - qayığı batırar, az olarsa - qayıq olduğu yerdə qalar. Volter
- Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur. Əbül Fərəc
- Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar. Onore de Balzak
X
[redaktə]- Xəsislik və hərislik qara köpəyin xörəyidir. Monqol atalar sözləri
İ
[redaktə]- İnsan ruhuna hakimlik hərisliyi fiziki malik olmaq cəhdindən heç də az güclü olmur. (“Tor körpüsünün sirri”). Artur Konan Doyl
Q
[redaktə]- Qadın öz gözəlliyi ilə, brəhmən hökmdara xidməti ilə hər kəsi məhv etməyə qadirdir. Anasından aralaşan buzov məhv olacaq, həddindən artıq pul qazanmaq hərisliyi isə pulun itirilməsinə gətirib çıxaracaq. Çanakya
- Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
M
[redaktə]- Mənfəət hərisliyi ürəyi və zehni qurudur. Pyer Büast
S
[redaktə]- Sevginin tam əksi heç də ayrılıq yox, qısqanclıq yox, unutqanlıq yox, hərislik yox, münaqişədir. Karpo Lope de Veqa
Z
[redaktə]- Zənginliyin olmaması hələ yoxsulluq demək deyil. Yoxsulluq –zənginliyə olan hərislikdir. Sun Dzı