Körpə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağacı yaş ikən əy, uşağı körpə ikən öyrət. Vyetnam atalar sözləri
B
[redaktə]- Beləliklə, mövhumat insanı körpəlikdən aşiq edir, onu boş şeylərlə doldurur və fanatizmin əsarətinə çevirir. Pol Anri Holbax
Ə
[redaktə]- Ən yaxşı investisiya körpə uşağın südünə qoyulan investisiyadır. Uinston Çörçill
H
[redaktə]- Həqiqət körpə uşaq kimidir - yıxıla-yıxıla böyüyür. Rahid Ulusel
- Hər bir uşağın kumiri olur. Körpə olanda Peleyə pərəstiş edirdim. Anatoli Banişevski də öz yerində. 1966-cı ildə dünya çempionatında oynadığı vaxtlar yadımdadır. Nəinki mən, çox uşaq onun kimi futbolçu olmağı arzulayırdı. “Neftçi”də oynayanda isə alman hücumçu Herd Müllerə bənzəmək, cərimə meydandaçasında onun kimi oynamaq, qol vurmaq istəyirdim..[1] Səmədağa Şıxlarov
- Hər yeni doğulan körpə yeni bir dünya deməkdir. Barış Manço
- Həya və iman bir beşikdə iki körpə kimidir. Məhəmməd peyğəmbər
K
[redaktə]- Körpə gözlərindən sevgi göz yaşları kimi fışqırır… Rəşad Nuri Güntəkin
- Körpə südsüz böyüməz, pambıq susuz. Azərbaycan atalar sözləri/K
- Körpə uşaq - körpə səadətdir. Amhar atalar sözləri
- Körpə uşaq qoxusunun zəriflik zirvəsi hamını insanığa səsləyir. Qara Namazov
- Körpəcə quzu, qurdun ağzı. Azərbaycan atalar sözləri/K
S
[redaktə]- Səkkiz varlıq başqalarının kədərlərindən xəbərsizdir: hökmdar, fahişə, ölüm, od, oğru, körpə, dilənçi və avara. Çanakya
T
[redaktə]- Tarixi bilməmək — həmişə körpə qalmaq deməkdir. Latın atalar sözləri
- Telekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox vertolyot, daha çox kitab, daha çox körpə olmuşdu – xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı. Corc Oruell
- Təbiətin sonsuz canlılığına haqq qazandıracaq bir fəlsəfəyə ehtiyacı əvvəlkindən daha kəskin hiss etdim. Atomun tükənməz fəaliyyətində, bitkilərin sonsuz bacarıqlarında, heyvanların tükənməz məhsuldarlığında, körpələrin aclığında və hərəkətində, uşaqların gülüşündə və oyununda, gəncliyin sevgi və sədaqətində, narahat şöhrətpərəstlikdə, ataların və anaların ömürlük fədakarlığı, alimlərin cəsarətsiz tədqiqatlarında və onların iztirablarında dahi peyğəmbərlərin çarmıxa çəkilməsində və övliyaların şəhadətində - hər şeydə həyatın böyüməyə və əzəmətə olan ehtirasını, əbədi yaradılış dramını gördüm. Mən özümü molekulların rəqsi və xaosu kimi deyil, o əzəmətli prosesin qısa və kiçik bir hissəsi kimi düşünməyə başladım... Ruhumun daha ədalətli bir qəlibə salınaraq məni yaşatacağını bilə-bilə ölümlə az qala barışdım. .. və mənim kiçik dəyərimin birtəhər insanların mirasında qorunub saxlanacağını anladım. Bir ölçüdə Böyük Kədər Məndən kənar oldu və hər yerdə: ölümü gördüyüm yerdə, indi hər yerdə həyatın təntənəsini gördüm. Vill Dürant