Mühit

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bir kişi, bir qadına məktublar yazdığında bunu, irəlidə o qadını başdan çıxarmaq üçün yaşayacağı mühiti hazırlamaq üçün edər. Bu qadın bu məktubları gizliədirsə bunu, bu gün göstərdiyi ağız möhkəmliyinin, gələcəkdə yaşayacağı macəranı güvən altına alması üçün edər. Bunları üstəlik bir də saxlasa bu, gələcəkdəki macəranı bir eşq olaraq düşünməyə hazır olduğunu göstərər... Milan Kundera

Ç[redaktə]

  • Çirkli mühit insanın ruhunu kirlədir, çirkli ruhlar ətrafı kirlədir. Əziz Nesin
  • Çox insan əslində başqasıdır. Düşüncələri başqa birinin düşüncəsi, həyatları mühitə uyğun, ehtirasları isə dırnaq içindədir. Oskar Uayld

D[redaktə]

  • Dostlarını sevənlər həmişə işıqlı mühitdə yaşayırlar. Alfred de Müsse
  • Dünya bir hüceyrədir səni təkliyə itələyən, lakin səni düşündürüb yetkinləşdirən mühit də ola bilər. Aristotel

Ə[redaktə]

  • Əgər Hitler nasist Almaniyasında doğulsaydı, mövcud mühit çox çətin ki, onun xoşuna gələrdi. Leonard Koen
  • Ən yaxşı mühit elə sən özünsən. Oskar Uayld
  • Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev

İ[redaktə]

  • İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. Əbu Turxan
  • İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. Əbu Turxan
  • İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik. İlham Əliyev

M[redaktə]

  • Məhəbbətin çiçəklənə bilməsi üçün münbit mühit lazımdır. Əbu Turxan

Ö[redaktə]

  • Ömür genetik proqramın mühitdə açılışıdır. Tur Xander

Ü[redaktə]

  • Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz. Demokrit

Y[redaktə]

  • Yaşadığımız həyatda söz sahibi olmaq istəyiriksə, ruhani yaşantıların enerjisi həyatımıza cəlb olunan ictimai mühiti işıqlandırmaq və canlandırmaq üçün yetərli olmalıdır. Tur Xander

İstinadlar[redaktə]