Məzmuna keç

Mütləq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
  • Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. Mustafa Kamal Atatürk
  • Bir dəfə baş verən şey, daha heç vaxt baş verməyə bilər. Amma iki dəfə baş verən şey, mütləq üçüncü dəfə də baş verəcək. Paulo Koelyo
  • Bir insan harasa baxırsa, orada onun marağına səbəb olan nəsə var. Bir insan bir yerə heç baxmırsa, orada onun maraqlandığı şey mütləq var. Ziqmund Freyd
  • Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
  • Bütün dаnışıqlаrdа mütləq diplоmаtik təşəbbüsü ələ аlın. Bir аn bеlə düşmənlə təmаsdаn аyrılmаdаn həmişə hücum еdin ki, оnu pis vəziyyətə sаlаsınız və qаlib gələ biləsiniz. Atilla
  • Cəmiyyətə mütləq şəkildə təslim olmaq, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir. Oşo
  • Dahiliyin mütləq bir sərhədi vardır, axmaqlığın əsla. Albert Eynşteyn
  • Diqqəti cəmləmək məsələsinə gəldikdə, heç nə bu işdə təhlükə qədər mahir ola bilməz. Aydın fikirləşmək üçün mənə mütləq ilham lazımdır, risklə bağlı ilham. Corc Soros
  • Ədalət üçün ən gizli təhlükə qabaqcadan əmələ gəlmiş yanlış fikirdir. Öz fikrini mütləq həqiqət hesab etmə. Çünki, həqiqətlər dəyişkəndir. Jan Jak Russo
  • Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır. Fyodor Dostoyevski
  • Əgər mütləq əxlaq mövcud olsaydı, o hökmən həqiqətin ardınca sürünən bir əxlaq olardı: və bu, nəticə etibarilə məni də, digər insanları da qarşısıalınmaz fəlakətlər girdabına, məhvə aparardı. – Mənim insanları əxlaqın buxovlarından azad etməkdəki marağım da bununla əlaqədardır. Yaşamaq və ucalara can atmaq üçün, iradənin hakimiyyət hərisliyini təmin etmək üçün mütləq olan hər bir şey yoldan kənarlaşdırılmalıdır. Qüdrətli insan üçün yalan icazə verilmiş bir vasitədir, lap yaradıcılıqda olduğu kimi: təbiət özü də beləcə hərəkət edir. Fridrix Nitsşe
  • "Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir."[1]
  • Həmişə şimalı göstərən kompas kimi kişini günahlandıran barmağı da mütləq bir qadın işarə verər. Xalid Hüseyni
  • Hər şey qaydasında olanı qələbə gözləyir - şans buna deyilir. Lazımi ehtiyat tədbirlərini vaxtında görməyə laqeyd yanaşanlar üçün məğlubiyyət mütləq nəticədir - buna qəza deyilir. Rual Amundsen
  • Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır. Anatol Frans
  • Xoşbəxtlik uzun sürməz. Mütləq gündəlikdir. Ölümə məğlub olan, əslində qorxuya məğlub olmuşdur. Attila İlhan
  • Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[2] Mahatma Qandi
  • Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir. Əbu Turxan
  • Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər. Əbu Turxan
  • Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz. Əbu Turxan
  • Stalinizm siyasət, iqtisadiyyat, sosial və mənəvi həyat və mədəniyyət üzərində mütləq bir diktaturadır. Dmitri Volkoqonov

İstinadlar

[redaktə]
  1. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014  (azərb.)
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319