Məzmuna keç

Məhkum



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Anlaya bilmirəm, xeyirxah olan bir Tanrı, yaratdıqlarını əbədi cəhənnəmə necə məhkum edə bilər? Bertran Rassel
  • Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil. — İlyas Əfəndiyev
  • Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar. Çanakya
  • Biz ölümə məhkum edildiyimiz kimi, evlənməyə də məcburuq, yəni başqa cür mümkün deyil. Lev Tolstoy
  • Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir. Jan de Labrüyer
  • Düşünmədən danışmağın cəzası sonradan düşünməyə məhkum olmaqdır. Tomas Edison
  • Əgər fərqlisənsə, yalnızlığa məhkum olacaqsan. Oldos Haksli
  • Fərq, bəziləri fərqli olmağa çalışarkən, özün olmaqdır həyatda. Bil ki, seçici olmamaq, keçici olmağa məhkum qalmaqdır əslində. Pol Oster
  • Günahsızı məhkum edən hakim ilk növbədə özünü məhkum etmiş olur. Sir Publili
  • Heç bir müvəffəqiyyəti qəbul etməyin, dünəni də sabaha məhkum etməyin. (Arsenalla final matçından əvvəl, 2000) Fatih Terim
  • Xoşbəxt olma ehtimalımız onsuz da vücudumuz tərəfindən məhdudlaşdırılmışdır. Bədbəxtliyə alışma xoşbəxtliyə nisbətən daha asandır. İnsan üç müxtəlif yöndən gələn əzablarla təhdid olunur. Bunlardan biri - birbaşa öz bədənimizdən qaynaqlanan və bir müddətdən sonra yoxa çıxmağa məhkum olan, xəbərdarlıq işarəsi şəklində ağrı və təşvişlə birlikdə ortaya çıxan əzablar; digəri - xarici aləmdə meydana gələn, yorucu və amansız zərərlərlə daha da şiddətlənən əzablar; axırıncısı isə, başqa insanlarla münasibətimiz nəticəsində yaranan əzablardır. Məhz axırıncı növ böyük ehtimalla o birilərinə nisbətən ən ağrı-acılı əzablardır. Ziqmund Freyd
  • İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi və fədakarlığı məhkum etmək olmaz. Xosrov Ruzbeh
  • İyirmi dörd dost və sədaqətli köməkçilər ölümə məhkum idi! Bu çox qəddarcasına idi amma belədə olmalıdı idi. Biz qərar gəlmişdik ki, məqsədə çatmaq üçün heç bir şeyi əsirgəməyəcəyik. Rual Amundsen
  • Qadınlar kişilər kimi yazıb, kişilər kimi yaşayıb, yaxud kişilərə oxşasalar, heyif olar. Axı dünyanın böyüklüyü və fərqliliyinə nəzərən iki cins nədir ki?! Niyə bir cinsə məhkum olaq?! Virciniya Vulf
  • Məhkəmənin qərarına qədər özünə bərabər olana qarşı istənilən kiçik və ya böyük tələb onun məhkum olunmasına iddia etməkdir. Fukidid
  • Nəcib ailədəki abırsız qızlar kimi, özündən razı hökmdarlar, narazı brahmanlar, dindar kurtiziankalar da məhkum edilmişdir. Çanakya
  • Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə gözəl görünərdi. İbn Sina
  • Var-dövlətə baxmayaraq, güclü ruha malik olmayan insan məğlubiyyətə məhkumdur. Çanakya
  • Yadda saxlayın ki, tamahkar və fırıldaqçı adam vaxtında bu keyfiyyətlərindən əl çəkə bilməyib və nəticədə ölümə məhkum edilib. Bu, hamımızın öləcəyi faktı qədər dəyişməzdir. Çarlz Dikkens

İstinadlar

[redaktə]