Məkkə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Abdal təkkədə, Hacı Məkkədə olar. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bir qar dənəsi olsam, Məkkəyə düşmək istərdim. Möhsün Yazıçıoğlu
D
[redaktə]- Dəvə Məkkəyə getməklə Hacı olmaz. [1] Azərbaycan atalar sözləri/D
E
[redaktə]- Eşşək Məkkəyə getməklə Hacı olmaz. [2] Azərbaycan atalar sözləri/E
H
[redaktə]- Hacı hacını Məkkədə görər. Azərbaycan atalar sözləri/H
- Hacı hacını Məkkədə tapar, dərviş dərvişi təkyədə. [3] Azərbaycan atalar sözləri/H
- Hacı Məkkəyə, dərviş təkyəyə. Azərbaycan atalar sözləri/H
- Hacılar Məkkəyə getdi - qapıları açıq qoyun, gəldilər - qapıları bağlayın. Azərbaycan atalar sözləri/H
- Hacdən gələn mən, Məkkədən xəbər verən sən? Azərbaycan atalar sözləri/H
Q
[redaktə]- Qaynanamı bağda ilan vuraydı, qaynatama Məkkə qismət olaydı. [4]Azərbaycan atalar sözləri/Q
- Qurd keçiyə dəyməsə, keçi Məkkəyə gedər. [5] Azərbaycan atalar sözləri/Q
M
[redaktə]- Məkkə evin içidir. [6]Azərbaycan atalar sözləri/M
- Məkkədən gələn mən, xəbər verən sən. [7]Azərbaycan atalar sözləri/M
- Məkkəyə gedən dəvə hacı olmaz.Azərbaycan atalar sözləri/M
- Məkkəyə gedir, sünni olur, geri qayıdır, şiə olur. [8]Azərbaycan atalar sözləri/M
- Məkkəyə getməklə eşşək hacı olmaz. Tatar atalar sözləri
P
[redaktə]- Pişik lap Məkkədə də olsa, miyoldamağını tərgitməyəcək. İndoneziya atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, s.83.
- ↑ Atalar sözü və məsəllər:/B.Tahirbəyovun redaktəsi ilə.Bakı: Azərnəşr, 1971,151.səh.100.
- ↑ Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, s.195
- ↑ Rzayev X.Atalar sözü. Bakı: Təbib, 1992, s.32
- ↑ Atalar sözü: Bakı: Azərnəşr, 1993, səh.226.
- ↑ Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.481.
- ↑ Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, s.41
- ↑ El sözü, xalq lətifələri, atalar sözü, bayatılar, Bakı: Azərnəşr, 1965, s.51.