Müdrik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axşamlar dinləyərək susmağın səni müdrik edir. Çünki, müdrikliyin başlanğıcı susmaqdır. Pifaqor
  • Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
  • Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir. Fridrix Nitsşe

B[redaktə]

  • Bir dəfə müdrikdən soruşdular: " Nə üçün ilanı müdriklik rəmzi sayırlar?". Müdrik dedi: "Çünki ilan həqiqət kimi çalır və çox vaxt onun çalmasının nəticəsi ölüm olur". Platon
  • Biz elə bir dünyada yaşayırıq ki, bir axmaq çox axmaq törədir, bir müdrik isə az müdrik. İohann Fixte

D[redaktə]

  • ...Dövlətə xidmət üçün Perikli ən çox ləyaqətlililərdən hesab edirdilər. Sülh dövründə şəhərə başçılıq edən Perikl o həmişə sülh və ədalət içində qərarlar verir, onun təhlükəsizliyini mökəmləndiridi və onun vaxtında şəhər öz qüdrətinin zirvəsinə qalxdı. Müharibə başlayan zaman aydın oldu ki, o, həmçinin müharibəyə də düzgün qymət vermiş və onu anlamışdı… Onun ölümündən sonra afinalılar əmin oldu ki, onun müharibənin gedişinə dair verdiyi hesablama və müdrikliyi necə də düz imiş... Perikl, öz müdrik ağlı və şübhə doğurmayan satılmazlığı ilə həmşəhərliləri tərəfindən yüksək hörmətə layiq bir insan kimi, insanların azadlıqlarını məhdudlaşdırmadan idarə edir və xalq kütlələrinin ehtirasına tabe omur, əksinə onları idarə edirdi. Hakimiyyətə ləyaqətsiz üsullarla can atmırdı, bununla da vətəndaşlarına yaltaqlanmır, əksinə öz nüfuzuna söykənərəq onlara qəti etiraz da edə bilirdi. O, afinalıların zamansız və həddindən artıq cəsarətli planlar quduğunu görəndə onda, onlara öz nitqləri ilə ehtiyatlılığa çağırırdı, onlar ümidsizliyə qapılanda da cəsarətə gətirə bilirdi. Ada görə bu xalqın, əslində isə birinci vətəndaşın hakimiyyəti idi. Periklin xələfləri içərisindən heç biri digərlərinə nisbətən dövlət xadimi kimi seçilmirdi, amma hamısı birinci olmaq istəyirdi və buna görə də xalqa yaltaqlanaraq hətta dövlət maraqlarını da qurban verməyə hazır idi. Fukidid

Ə[redaktə]

  • Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz. Jan Jak Russo

G[redaktə]

  • Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda

M[redaktə]

  • Müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə dağıda biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz. Bencamin Franklin
  • Müdrik olmaq üçün gözü və qulağı açmaq kifayət deyil, dərin ağıl lazımdır. Heraklit
  • Müdrik təbiətə daimə minnatdar olmaq lazımdır ki, lazım olanı əldə etməyi asan, lazım olmayanı isə çətin etmişdir. Epikür

V[redaktə]

  • Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər. Demokrit

İstinadlar[redaktə]