Naxır
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axşam axıra, sabah naxıra. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bir dana bir naxırı korlar. Azərbaycan atalar sözləri/B
D
[redaktə]- Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar. Azərbaycan atalar sözləri/D
Ə
[redaktə]- Əgər birisi Müqəddəs Kitabı gecə-gündüz oxuyur, ancaq əməl eləmirsə, beləsi özgəsinin inəyini sayan naxırçıya bənzər. Müqəddəslər cərgəsində ona yer yoxdu. Dhammapada
İ
[redaktə]- İndi ki, oldun naxırçı - bizim inəyi də otar. Rus atalar sözləri
N
[redaktə]- Naxır itib, ala dananı qovur. Azərbaycan atalar sözləri/N
- Naxır yeri ilə gedib, ala dananı axtarır. Azərbaycan atalar sözləri/N
- Naxır yerli-dibli yoxdur, bu, ala dana axtarır. Azərbaycan atalar sözləri/N
- Naxıra gedirəm - çoban olmaz, axura gedirəm - saman. Azərbaycan atalar sözləri/N
- Naxırçı qızı arpa çörəyi arzular. Azərbaycan atalar sözləri/N
- Naxırçı qızı naxırçı çörəyi arzular. Azərbaycan atalar sözləri/N
- Naxırçı qızından xanım olmaz. Azərbaycan atalar sözləri/N
- Naxırçı qızını verdi, torpa dağarcığı da üstəlik. Azərbaycan atalar sözləri/N
- Naxırçı qızının qeyrəti naxır gələndə tutar. Azərbaycan atalar sözləri/N
- Naxırçının faydası havayı eşşək minməkdir. Azərbaycan atalar sözləri/N
- Naxırçının könlü naxır çörəyi istər. Azərbaycan atalar sözləri/N
- Naxırda malın yox, növbədə başın yarılır. Azərbaycan atalar sözləri/N
S
[redaktə]- Səhər gedər naxıra, axşam gələr axıra. Azərbaycan atalar sözləri/S
V
[redaktə]- Vurağan inək bütün naxırın adını batırır. Assuri atalar sözləri