Neft

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azərbaycanın nefti gələcəkdə də bəşəriyyətə, sülhə, əmin-amanlığa xidmət edəcəkdir. Heydər Əliyev

B[redaktə]

  • Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. Ona görə, burada ildə 200 dəvə yükündən çox neft çıxarılır. Orada ardı-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə ağ neft çıxır. Bu püskürmə mənbəyinin yanında torpağa bənzər bərk maddə var. O şam kimi yanır. Ondan parçalar kəsib şəhərə aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər. Şəhərdən bir fərsəng məsafədə heç vaxt sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi əhəng daşını yandırır və miniklə şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilir və başqa ölkələrə göndərirlər.[1] Əbdürrəşid Bakuvi
  • Bir damcı neft bir damcı qandan daha qiymətlidir. Uinston Çörçill
  • Biz həmişə yadda saxlamalıyıq ki, biz yoxsullar üçün neft emal edirik və o, ucuz və yaxşı olmalıdır. Con Rokfeller
  • Bu ərazi sonrakı dövrlərdə də öz münbitliyi ilə şöhrət qazanmışdır. Bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla özüylə çoxlu böyük və xırda balıqlar gətirir. O, gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldurlar; zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır...[2]Moisey Kalanakatlı

Q[redaktə]

  • Qəribədir, əvvəllər özgəyə quyu qazanda özün düşürdün, indi isə özgəyə quyu qazanda həm neft çıxır, həm də ora özgəsi düşür. Baba Pünhan

M[redaktə]

  • Musa Yaxın Şərqdə neft olmayan yeganə yerə gətirmək üçün bizi 40 il çöldə sürüklədi. Qolda Meir

N[redaktə]

  • Neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları nəzarət altına alarsan. Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir! Henri Kissincer
  • Nefti yandırmaq, sobada pul yandırmaq kimi bir şeydir. Dmitri Mendeleyev

Ü[redaktə]

  • Ümidsiz ürək neftsiz lampaya bənzər, başqa heç bir şeylə işıqlandırmaz. Cənab Şəhabəddin

Y[redaktə]

  • Yaşadığımız dünyaya baxın. Daha doğrusu, bu dünyanı nəyə çeviririk. Ağacları kəsirik, çayları, gölləri quruduruq, neftdən istifadə edirik, fabriklər, atom elektrik stansiyaları tikirik... “İnsan Uca Allahın yaratdığı tacdırmı”?! Bəli, zibillikdəki istənilən çirkli siçovul bizdən mükəmməldir. Ən azından özünü məhv etmək üçün heç nə etmir, hansı mühitdə olursa olsun, ətraf aləmlə harmoniyada yaşayır. Bəs biz? Biz planetimizin bədənində xoradayıq. Planetin çoxdan qurtulmalı olduğu parazitlərik. Corc Karlin

İstinadlar[redaktə]

  1. [1] Qədim dünya səyyahları Azərbaycanın təbiəti haqqında
  2. www.ens.az (8 mart 2019). "Qədim Gəncə şəhəri dahilərin gözü ilə" (azərb.). Elnur Həsən. İstifadə tarixi: 2020-03-08.