Məzmuna keç

Oyun



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abdal düyündən, uşaq oyundan usanmaz. Azərbaycan atalar sözləri/A
  • A-nı həyatda müvəffəqiyyət olaraq təyin edək, o zaman A = X + Y + Z' dir; X çalışmaq, Y oyun, Z isə susmağı bilməkdir. Albert Eynşteyn
  • Aclıq adama oyun öyrədər. Azərbaycan atalar sözləri/A
  • Asiyalı və avropalı əcdadlarımızdan bizə irs qalan irqi, mədəni, əxlaqi və sosial konsepsiyalar həmvətənlərimizə, onların istedad və rifahına hörmətdən keçməklə hər şeyi qəbul etməli və ehtiram göstərməlidir. Piramidanı öz şəxsi şərəfin üzərində qurmaq yolverilməzdir. Nə qədər ki, biz şəxsi və milli adətlərimizi möhkəm saxlayırıq, bizim həyat enerjimizi sümürən təmtəraqlı özünüsevmə oyunlarının qurbanı olmamalıyıq. Atilla
  • Başa düşürəm, oyunda piyada olduğunuz təəssüratı yarana bilər. Bəli, belə bir fikir ağla gələ bilər. Ancaq razılaşın ki, siz bəxti gətirən piyadalarsınız. Siz daha mövcud olmayan ab-havasınız. Bu dünyada hərdən belə şeylər olur. Nə etmək olar?! İnsanların fikirləri, hissləri gah bir tərəfə doğru hərəkət edir, gah o biri. Belə alındı ki, siz bu prosesin müəyyən bir vaxtında böyüdünüz. İşiquro Kazuo
  • Dində də ehtiraslı oyun da olduğu kimi olur — sadəlövh daxil olub hiyləgər çıxırsan. Volter
  • Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək. Albert Eynşteyn
  • "Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir."[1]
  • Əgər tribunadan meydana enməsəniz, təəssüf ki, biri çıxar, fiti çalar, "Oyun bitdi, hər kəs evinə" deyər. Bülənt Əcəvit
  • Əsl kişi iki şey istəyər: təhlükə və oyun. Bu səbəbdən də ona ən təhlükəli oyuncaq kimi qadın lazımdır. Fridrix Nitsşe
  • Əvvəlcə oyunun qaydalarını öyrənmək lazımdır, sonra hamıdan yaxşı oynamağa başlamaq. Albert Eynşteyn
  • Sadalananlar sənin həyatında baş verirsə, günah məhəbbətdə deyil, günah sənin özündədir. Sən, məhəbbət adı altında bu tələbləri irəli sürdün. Adını məhəbbət qoyduğunuz bu oyun, saxta pul kimidir. Oşo (Çandra Mohan Racniş)
  • Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən. Adam Faver

İstinadlar

[redaktə]
  1. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı — Alibaba. publika.az, 13.09.2014  (azərb.)