Şəkər
Görünüş
(Qənd səhifəsindən yönləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır. Ərəb atalar sözləri
B
[redaktə]- Bal dadlıdır, şəkər yeməli, kitab isə hər ikisindən də ləzzətli. Kiril Turof
- Bir mərd ilə ağı yesən şirindir. Yüz namərdlə şəkər yesən dad olmaz. Aşıq Ələsgər
- Bitki çoxdur, amma təkcə şəkər qamışı şirin olur. Madaqaskar atalar sözləri
C
[redaktə]- Cəvahir toz-torpağa batsa da yenə qiymətini itirməz, toz-torpaq göyə qalxsa da yenə qiymətə minməz. Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir. Kül oddan əmələ gəldiyi üçün ali əsli-nəsəbi vardır, lakin özündə hünər olmadığından torpağa bərabərdir; şəkərin qiyməti qamışdan əmələ gəldiyi üçün deyil, təbiətində şirinlik olduğu üçündür. Sədi Şirazi
Ç
[redaktə]- Çirkli bir uşaq üzüyəm qapında; Amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma! Yılmaz Ərdoğan
G
[redaktə]- … Gözəlliklə birləşən dürüstlük, şəkərə bal əlavə etmək kimi bir şeydir. Uilyam Şekspir
H
[redaktə]- Hərəkətinizdən günahlı biz deyilik. Bunu sübut etdik. Buna görə pisliyin üstünə şəkər səpəcəyik. V for Vendetta
İ
[redaktə]- İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram. Devid Rokfeller
M
[redaktə]- Mən şəkər qatılmış üzümü sevirəm. Çünki, şəkərsiz onun dadı yoxdur. Kameliyaları sevirəm. Çünki, onların iyi yoxdur. Mən bir də varlıları sevirəm. Çünki, onların ürəyi yoxdur. Aleksandr Düma (oğul)
Ş
[redaktə]- Şəkər qamışı şirindir, onu kök qarışıq yemək nə üçün? Teluqu atalar sözləri
- Şəkər qamışının əyrisi də şirindir. Teluqu atalar sözləri
- Şirin söz - şəkərdən şirin. Özbək atalar sözləri